Məhkəmə qərarları › İş №2(060)-7640/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7640/2021

03.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7640/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanılmış 08.11.2016-cı il tarixli kredit müaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına qaydasına əməl edilməmişdir. Mübahisələndirilən Kredit müqaviləsinin 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. İddia ərizəsi və əlşavə edilmiş sənədlərin mümkünlüyü yoxlanılarkən iddiaçının bu müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənəd müəyyən edilmədi. İddia ərizəsinə əlavə edilmiş ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvanlanmış təklif məktubu isə məhkəmə tərəfindən MPM-nin 152.1.6-cı maddəsinin göstərişlərinə uyğun olaraq iş üzrə cavabdehə şəxsə ünvanlanmış təklif kimi qəbul edilə bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və elekron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, araşdırılan iddia ərizəsi üzrə Cavabdeh ünvan 2 ünvanda yaşayır və xx.xx.1979-cu il təvəllüdlüdür. İddiaçının təklif ünvanladığı Cavabdeh adı şəxs ünvan 1 ünvanında yaşayır və 23.10.1975-ci ilə təvəllüdlüdür. Göründüyü kimi Cavabdeh adlı eyni ad, soyad və ata adı ilə fərqli şəxslər olmaqla, iddiaçı tərəfindən işə aid olmayan şəxsə təklif məktubu göndərilmişdir. Bu göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı tərəfindən MPM-nin 152.1.6-cı maddəsinindən irəli gələn qanunun göstəriləşlərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, q ərara aldı: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar