Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7664/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayılov Rasim Şirin oğlu ilə 02.02.1999-cu ildə nikaha girmişdir. Onların birgə nikahlarından X1 və İsmayılov Nazim Rasim oğlu anadan olmuşdur. Cavabdeh və onun bacısı X5 mərhum həyat yoldaşı X3 birinci nikahından anadan olmuş vərəsələridir. R.İsmayılov 16.02.2021-ci ildə vəfat etmişdir. Onun vəfatı tarixində mülkiyyətində “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı və **-CL-*** dövlət nömrə nişanlı “Mersedes- Benz 160 minik" markalı avtomaşın olmuşdur. Həmçinin İsmayılov Rasim Şirin oğluna 10 may 1983-cü ildə 10/548 saylı order əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında olan 28 saylı evin 38 saylı mənzili verilmişdir. Mərhum R.Cavabdeh vəfatından sonra onun birinci nikahından anadan olmuş vərəsələri - X4 və Cavabdeh qeydiyyatda olduqları və yaşadıqları Sumqayıt şəhəri, 5-ci mikrorayon, 28 saylı evin 38-ci mənzilini digər vərəsələrdən gizlin olaraq özəlləşdirmişlər. Hal-hazırda 38 saylı mənzil Cavabdeh mülkiyyətindədir (04.04.2021-ci ildə). Bildirirəm ki, cavabdeh R.İsmayılovun digər övladlarının və həyat yoldaşının olmasından xəbərdardır. Lakin cavabdeh miras əmlakda payın hamısını öz mülkiyyətlərinə qəbul etməklə digər vərəsələrin hüquqlarını pozmuşdur. Mərhum həyat yoldaşı İsmayılov Rasim Şirin oğluna məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında olan 28 saylı evin 38 saylı mənzili vərəsələr arasında bərabər paylar şəklində bölünməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında olan 28 saylı evin 38-ci mənzilinə görə Cavabdeh adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, mərhum həyat yoldaşının birinci ailəsindən olan övladları X4 və Cavabdeh qeydiyyatda olduqları və yaşadıqları Sumqayıt şəhəri, 5-ci mikrorayon, 28 saylı evin 38-ci mənzilini onun xəbəri olmadan özəlləşdirərək, çıxarış almışdır.O,mərhum həyat yoldaşı ilə ailə qurduqları vaxtdan vəfat etdiyi vaxtədək ona məxsus mənzildə yaşamışlar.Order əsasında mərhum həyat yoldaşına verilmiş mənzildə əvvəldən birinci nikahdan olan həyat yoldaşı və onun uşaqları (X4 və Cavabdeh) yaşamışlar. Aydan evin onlara məxsus olduğunu, maşınlardan da onlara pay verməli olduğunu bildirmişdir. İddia tələbini müdafiə etdiyini bildirib çıxarışın ləğv edilməsi, evin əvvəlki vəziyyətə qaytarılaraq mərhum həyat yoldaşına məxsus olan miras əmlakların vərəsələr arasında yenidən bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, qeyd olunan mənzil dövlətin miras fonduna daxildir, miras kütləsi deyildir. Mənzil order əsasında 1983-cü ildə verilmiş iddiaçı ilə mərhum həyat yoldaşı isə 1999-cu ildə nikaha daxil olmuşdur. İddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən iş materiallarında olan tərəflərin təqdim etdikləri aşağıdakı sübutlara, məhkəmə iclasında tərəflərin çəkişmə prinsipi əsasında verdiyi izahatlarına istinad edilmişdir: İş materiallarında olan Vİ-ЖГ seriyalı 459886 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayılov Rasim Şirin oğlu ilə X2 arasında nikah 02 fevral 1999-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan 10 may 1983-cü il tarixli 10/548 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında olan 28 saylı evin 38 saylı mənzili İsmayılov Rasim Şirin oğluna verilmişdir. İş materiallarına əlavə edilmiş, Asan-Sumqayıt tərəfindən verilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 19.08.2021-ci il tarixli arayışdan görünür ki, X1 və İsmayılov Nazim Rasim oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ seriyalı 171267 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayılov Rasim Şirin oğlu 16.02.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 16.09.2021-ci il tarixli 2578 saylı məktubundan görünür ki, İddiaçı 16.02.2021-ci il tarixdə vəfat etmiş İsmayılov Rasim Şirin oğlunun vərəsələri sırasına daxil edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 38 saylı mənzil Sumqayıt şəhər X9 icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10.05.1983-cü il tarixli, 10/548 nömrəli orderin sürəti, Dövlət Arxivinin Sumqayıt Filialının 13.04.2021-ci il tarixli, 230 nömrəli arxiv çıxarışı, Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 7 saylı Mənzil Komunal Sahəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, 576 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh adına qeydiyyata alınaraq 04.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında AR Milli Arxiv İdarəsi Sumqayıt Şəhər Dövlət Arxivi tərəfindən təqdim olunmuş Sumqayıt XDS İK-nın 22 aprel 1983-cü il ilin 8 saylı protokolunun 25.142.1.3 saylı qərarından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında olan 4b/28 saylı evin 38 saylı mənzili order əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən təqdim olunmuş vərəsəlik işindən görünür ki, 16.02.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsələri vərəsəlik işinin açılması üçün ərizə ilə müraciət etmişlər. Məhkəmə iddia tələbi təmin edilməməsi qənaətinə gələrkən İddiaçı vərəsəlik qaydasında davam edən münasibətin olmasını, mübahisəli mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi tələb edərkən həmin mənzilin order əsasında mərhum həyat yoldaşına verilməsi, onun sağlığı dövründə heç bir mübahisə olmayaraq cavabdeh Cavabdeh həmin ünvanda qeydiyyatda olmaqla yaşamasını bildirmiş, miras kütləsinə daxil edilməsi üçün çıxarışın ləğv edilməsini tələb edərkən həqiqətən onun subyektiv hüquqa malik olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (MM-152.1) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (MM-152.3) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. (MM-152.5, 152.6) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən miras əmlakda payın hamısını öz mülkiyyətlərinə qəbul etməklə digər vərəsələrin hüquqlarını pozduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmənin mübahisəni ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejimi ilə bağlı ailə və mülki qanunvericilikdə müəyyən edilmiş normaların məzmununa və məqsədinə uyğun həll etməməsi şəxsin qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 33-cü maddəsi ilə də tənzimlənir. Həmin maddəyə müvafiq olaraq, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7664/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7664/2021
01.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver