Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7701/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “aliment məbləğinin borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2016 saylı, 02.03.2016-cı il tarixli icra sənədinə əsasən hesablanmış 10042 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-2685/2016 saylı, 02.03.2016-ci il tarixli icra sənədinə əsasən 25.03.2002-ci il təvəllüdlü X2 və 22.01.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Elburs oğlundan iddiaçı X11 xeyrinə 03.02.2016-cı il tarixdən başlayaraq ayda hər birinə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin icra sənədi üzrə 10042 manat aliment borcunu üzrlü səbəbdən icra etməmişdir. Bildirir ki, nümayəndəsi olduğu İddiaçı 2019-cu ilin mart ayına kimi 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2019-cu il mart ayından 2020-ci ilin mart ayına kimi cəzasını açıq tipli cəzaçəkmə müəssində cəzasını davam etdirmişdir. Ümumilikdə İddiaçı 10 ildən atıq cəzaçəkmə müəssisəsindən olmuşdur. Qeyd edilən borc İddiaçı cəza çəkən vaxtı yığılmış və bununla bağlı icra şöbəsinin icraçısı tərəfindən heç bir hərəkət edilməmiş və borc məbləği 10 000 manatdan çox olmuşdur. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2016 saylı, 02.03.2016-cı il tarixli icra sənədinə əsasən hesablanmış 10042 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 234 manat məbləğində alimenti vaxtlıvaxtında ödəmir, ödəyəndə də çox az məbləğ ödəyir. Hazırda 234 manat aliment məbləğinə bir uşağı saxlamaq yetərli olmadığı və iddiaçı bu məbləği ödəmədiyi halda, iddiaçının aliment məbləğinin silinməsi barədə iddiası əsassızdır. Belə ki, iddiaçının həbsdə olması onu övladlarını saxlamaq və buna görə aliment ödəmək məsuliyyətindən azad etmir. Bundan başqa onun övladlarında anadangəlmə problemlər var ki, onlar daima həkim nəzarətində olmalıdır və mütəmadi olaraq müalicə və müayinə lazım olur. Buna isə onun tək maddiyatı imkan vermir. Bu səbəbdən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2280/2021 saylı, 16.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İ № 142075 saylı, 06.04.2002-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 25.03.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1050 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 466706 saylı, 26.03.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 22.01.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 940 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 010228 saylı, 16.04.2002-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 25 mart 2002-ci ildə vətəndaş X15 tərəfindən doğulmuş X8 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ № 034254 saylı, 26.03.2004-cü il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 22 yanvar 2004-cü ildə vətəndaş X15 tərəfindən doğulmuş X10 atası hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 13.10.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685 saylı, 02.03.2016-cı il tarixli icra sənədinə əsasən 25.03.2002ci il təvəllüdlü X3 və 22.01.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı X11 xeyrinə 03.02.2016-cı il tarixdən başlayaraq ayda hər birinə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin materiallarına əsasən borclu A. Məhərrəmov tərəfindən son aliment ödənişinin 28.08.2021-ci il tarixdə 400 manat olmaqla ödənildiyi, həmçinin hazırda icra sənədi üzrə İddiaçı 10833 manat aliment borcunun yarandığı məlum olmuşdur. İş materiallarında olan “Bakı klinikası”nın 26.06.2012-ci il tarixli “Rentgen – Televiziya Müayinəsi”nin surətindən görünür ki, 2002-ci il təvəllüdlü Məhərrəmov Muhəmmədə müayinə zamanı “Kaskad formalı mədə, Qastrit, Qastroduodenit” əlamətləri, sol gicgah payında millimetrlik hemorragiya ocağı, sol gicgah sümüyünün xətti sınığı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Sağlam Ailə”nin müayinə çıxarışından görünür ki, 22.01.2004-cü il təvəllüdlü Məhərrəmova Fatimədə müayinə zamanı “anadangəlmə ürək qüsuru, arterial axacağın açıq qalması” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri Səhiyyə Şöbəsi 1 saylı “Uşaq poliknikası” 02.07.2005-ci il tarixli məktubundan görünür ki, X6-25 mart 2002-ci il təvəllüdlü 11 yanvar 2005-ci il tarixdə 9 mikrorayon, ev 29/26, mənzil 10 ünvanında qeydiyyata götürülüb, müayinədən keçirilib və “Eksudativ kataral diatez-bronxit” diaqnozu ilə dispanser qeydiyyatındadır. Daima həkimin nəzarətindədir. İş materiallarında olan Sumqayıt şəhəri Səhiyyə Şöbəsi 1 saylı “Uşaq poliknikası” 02.07.2005-ci il tarixli məktubundan görünür ki, X9-22 yanvar 2004-cü il təvəllüdlü uşaq 11 yanvar 2005-ci il tarixdə 9 mikrorayon, ev 29/26, mənzil 10 ünvanında qeydiyyata götürülüb, müayinədən keçirilib və “anadan gəlmə ürək qüsuru-mədəcik arası çəpərin defekti” diaqnozu ilə dispanser qeydiyyatındadır. Daima həkimin nəzarətindədir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından olan 25.03.2002-ci il təvəllüdlü X3 və 22.01.2004-cü il təvəllüdlü X1 problemlər olduğu və daima həkim nəzarətində olmalı və müayinə və müalicələr aparılmalıdır. Bu səbəbdən hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və maraqlı şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2685/2016 saylı, 02.03.2016-cı il tarixli icra sənədinə əsasən hesablanmış 10042 manat aliment borcunun silinməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7701/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7701/2021
20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver