Məhkəmə qərarları › İş №2(060)-7939/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7939/2025

12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7939/2025 12.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentin və mediasiyada ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları var. İddiaçı ilə cavabdehin nikahı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-568/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı təkbaşına uşaqların bütün ehtiyaclarını, o cümlədən təhsil, sağlamlıq, yaşayış və digər gündəlik xərclərini öz hesabına qarşılayır. Uşaqların sağlamlığı, təhsili və ümumi ehtiyaclarını ödəmək məqsədilə cavabdehin qanuni şəkildə aliment barədə qətnamə qəbul edilməsi vacibdir. İddiaçı tərəfindən cavabdehin rəsmi gəlir və qazanclarının məbləğinin öyrənilməsi məqsədilə xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə cavabdehin iş yerinə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin e-2-060-568/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək iddiaçı X7 ilə Cavabdeh İmanəli oğlu arasında Sumqayıt şəhəri qeydiyyat şöbəsində 20 iyul 2008-ci il tarixində akt qeydləri kitabında 831 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçı X2 yanında qalması qət edilmişdir. - AZ-İ 451816 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüsken ( İsmayılzadə) Lalə Fayaz qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış nikaha 27 mart 2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 179 nömrəsi ilə qeyd edilmişdir. - MŞS/MT030/2025-00177 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin proesin davam etdirilməsi barədə razılığa gəlməmişlər və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərci İddiaçı ödəmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 20 iyul 2008-ci ildə ailə qurmuş, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin e-2-060-568/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə , iddia tələbi təmin edilərək iddiaçı X7 ilə Cavabdeh İmanəli oğlu arasında Sumqayıt şəhəri qeydiyyat şöbəsində 20 iyul 2008-ci il tarixində akt qeydləri kitabında 831 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçı X3 yanında qalması qət edilmişdir. Bundan sonra cavabdeh uşağın saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaq böyüdükcə maddi tələbatları da artır. İddiaçı təkbaşına uşağının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh xx.xx.2025ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün onun qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh 60 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehin qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq ona ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar