Məhkəmə qərarları › İş №2(060)-7950/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7950/2025

09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7950/2025 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək iddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X9 adlı övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 903/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,23 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda təyin olunmuş aliment məbləği iddiaçının digər nikahından anadan olmuş övladının mənafeyinə zidd olduğuna görə müəyyən edilmiş aliment miqdarının azaldılması məqsədi ilə iddiaçı mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosessində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X3 ilə xx.xx.2019-cu il tarixində rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı övladı dünyaya gəlmişdir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment miqdarı iddiaçının övladının saxlanılmasında ciddi çətinliklər yaradır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək iddiaçı və Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Belə ki, iş materiallarında olan: - MŞS/MT064/2025-00109 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsində iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərc İddiaçı tərəfindən ödənilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2685/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1,23 misli həddində indeksasiya edilmişdir. - AZ-İV № 351065 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-cİ il təvəllüdlü X5 atası İddiaçı, anası X2r. - AZ-İİ № 366298 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Nağıyeva (Cəfərova) Fərqanə Süleyman qızı xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3086 nömrəsi ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tutulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1,23 misli həddində indeksasiya edilmişdir. İddiaçı X3 ilə xx.xx.2019-cu il tarixində rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı övladı dünyaya gəlmişdir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment miqdarı iddiaçının övladının saxlanılmasında ciddi çətinliklər yaradır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə həmçinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə alır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,23 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı Nağıyeva (Cəfərova) Fərqanə Süleyman qızı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2018-cİ il təvəllüdlü X9 adlı ğvladı dünyaya gəlmişdir. Göründüyü kimi cavabdehin ailə vəziyyətində dəyişikliklər olmuş, o yenidən ailə qurmuş, başqa nikahından da bir yetkinlik yaşına çatmayan övladı vardır. İddiaçının ailə vəziyyətində olan dəyişikliyi nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləği azaldılmalıdır. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X6 görə tutulan alimentin miqdarı digər nikahdan doğulan xx.xx.2018-cİ il təvəllüdlü X5 təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olmamalıdır. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddinədək azaldılmasını istəyir ki, məhkəmə alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli məbləğdə müəyyən edilməsini hazırki dövrdə uşağa görə müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,23 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-903/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar