Məhkəmə qərarları › İş №2(060)-8024/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8024/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8024/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 580 manat sığorta ödənişi məbləğinin, 1400 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 2010 manat məbləğində pul vəsaitinin "xxxx"ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06.03.2019-cu ildə idarə etdiyi “Mersedes Benz A160” markalı avtomobili idarə edərkən Sumqayıt şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mersedes Benz E220” markalı, **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 580 manat məbləğində sığorta ödənişi etmişdir. Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin DYP şöbəsinin "xxxx" ASC-yə ünvanladığı 28.03.2019-cu il tarixli, 1143 saylı arayışa əsasən cavabdeh Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırlmasına dair mülki məsuliyyəti yaranmışdır. Buna görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasına onların nümayəndəsinin iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkmə qanunvericiliyin tələbləri baxımından hazır ki, mübahisəyə iddiaçının nümayəndəsinin işrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Cavabdeh atasının mülkiyyətindəki avtomobili sonuncunun verdiyi etibarnamə əsasında idarə edərkən qəza törətmiş və DYP əməkdaşları tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta etdiyinə görə protokol tərtib olunmuşdur. Bu səbəbdən iddia əsassızdır. Qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 15.04.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalı Cavabdeh istifadəsindəki sığorta predmeti - “Mersedes Benz A160” markalı avtomobil 06.03.2019-cu ildən 06.03.2020-ci ilə kimi ilə kimi "xxxx"ASC-də sığortalanmış və 15.03.2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 mülkiyyətində olmuş “Mersedes Benz E220” markalı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 580 manat ödəniş edilmişdir. - İş materiallarında olan 18.03.2019-cu il tarixli hesab məlumatından görünür ki, “Mersedes Benz E220” markalı, **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bağlı ehtiyat hissələri 260 manat, təmir xərci 320 manat olmaqla, ümumi ödənilməli məbləğ 580 manat məbləğ təşkil edir. - İş materiallarında olan 16.04.2019-cu il tarixli, 005987 №-li ödəniş tapşırığının məzmunundan aydın olur ki, 580 manat məbləğində pul vəsaiti 15.04.2019-cu il tarixli akta əsasən zərərin ödənişi qismində "xxxx" ASC tərəfindən X2 ödənilmişdir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 06.03.2019-06.03.2020-ci il tarixlərdə qüvvədə olan “Mersedes Benz A160” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dair mülki məsuliyyətinin sığortalanması barədə 06.03.2019-cu il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. - İş materiallarına əlavə edilmiş DİN Baş DYPİ-nin 15.03.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və etibarnamə olmadan avtomobili idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. - 15.03.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol-nəqliyyat hadisəsinə görə 40 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. -İş materiallarında olan AZ-İ seriyalı, 182952 №-li saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 2000-ci il tarixdə doğulmuş, atası İsmayılov Rasim oğlu, anası X3r. -İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına 31.10.2013-cü ildə “Mersedes Benz A160” marklı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatda alınmışdır. - 30.07.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 “Mersedes Benz A160” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmə səlahiyyətini 25.07.2028-ci ilədək Cavabdeh etibar etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə cavabdehlə bağlanmış müqaviləyə əsasən sığortalanmış **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı “Mersedes Benz A160” markalı avtonəqliyyat vasitəsi 15.03.2019-cu il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində Cavabdeh tərəfindən idarə olunarkən X2 məxsus “Mersedes Benz E220” markalı, **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 580 manat zərər iddiaçı tərəfindən X2 ödənilmişdir. Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə edilmişdir. Cavabdehin istifadəsində olan avtomobil onun atası Rasim İsmayılovun mülkiyyətində olmuş və sonuncu 30.07.2018-ci il tarixdə Cavabdeh 9 il, 11 ay, 25 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin verilməsi barədə etibarnamə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci və 25.1.3-cü bəndlərinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, iddiaçının sığorta ödənişi və digər xərclərin tutulması barədə iddiası, onun subroqasiya hüququ yaranmadığından, habelə göstərilən xərclərin sığorta ödənişindən kənar çəkilməsi iş materialları və işin faktiki halları ilə sübuta yetirilmədiyindən əsassızdır. Belə ki, cavabdeh özü sığortalı olmaqla, atasının mülkiyyətindəki avtomobili etibarnamə əsasında idarə edərkən qəza törətdiyindən, əmlakı idarə etməyə hüququnun olmaması, eləcə də sığortalının bundan xəbəri olmaması halları istisna olunur. Qeyd olunan Qanunun müvafiq norması isə bu halların birlikdə olmasını zəruri şərt kimi nəzərdə tutmuşdur. Həmçinin, sığorta ödənişindən başqa 1.400 manat dəyərində işlərin görülməsi xərclərinin çəkilməsi barədə tələb də əsassızdır. Belə ki, subroqasiya hüququ yaranmadığından sığorta ödənişinin tələbi əsassız olduğu üçün işlərin görülməsi xərclərinin ödənilməsi iddiası da əsassız olmaqla yanaşı, belə bir məsrəfin çəkilməsi sübutlarla təsdiqlənmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 580 manat sığorta ödənişi məbləğinin, 1400 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 2010 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 580 manat sığorta ödənişi məbləğinin, 1400 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 2010 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar