Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8076/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023-cü il təvəlldlü X1 üçün ayda 900 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 may 2017-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olub ailə qurmuşdur. Onlar nikaha daxil olarkan və nikah dövründə nikah müqaviləsi bağlamayıblar. Bir müddət birgə yaşamış və birgə təsərrüfat idarə etmişdirlər. Tərəflərin 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023-cü il təvəlldlü X4 adlı övladları var. Bir müddət yaşadıqdan sonra cavabdehin iddiaçıya və uşaqlarına qarşı münasibəti dəyişmişdir. Cavabdeh onlarla maraqlanmır və ailəni təmin etmir. Artıq bir neçə ildir ki, cavabdeh mütəmadi spirtli içkilər içir və evdə səbəbsiz dava-dalaş salır. Heç bir səbəb olmadan iddiaçı və uşaqları təhqir edir və döyür. Uşaqlar xəstədir və təcili müalicə olunmalıdırlar. Cavabdeh isə uşaqları müalicə etmir və dava-dərman almır. Uşaqlar azyaşlı olduqları üçün iddiaçı işləyə bilmir və uşaqlara baxır. Bu səbəbdən maddi vəziyyətləri çox ağırdır. Cavabdeh usta işləyir və kifayət qədər qazancı vardır. Lakin, iddiaçı tələb etsə də, cavabdeh ailəsinə baxmır. Buna görə də alimentin məhkəmə qaydasında tutulması vacibdir. Uşaqları saxlamaq üçün ayda 900 manata ehtiyac vardır. Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-411/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qərardadı ilə cavabdeh barəsində müvəqqəti təminat tədbiri görülmüş və ondan minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 13 noyabr 2025-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında mediasiya prossesi keçirilmiş lakin iddiaçı və cavabdeh arasında razılıq əldə edilməmişdir. Bunu MŞS/MT030/2025-02063 saylı arayış da təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh alimentin ödənilməsi üçün maddi vəziyyəti kifayət etmədiyindən iddia tələbini qismən qəbul etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Şahmarova (Əkbərova) Bəsirə Şakir qızı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1283 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023-cü il təvəlldlü X4 adlı üç övladı var. - MŞS/MT030/2025-02063 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və onun nümayəndəsi X3 və Cavabdeh mediasiya prosesinin davam etdiriməsinə razılıq verməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərc İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 23 may 2017-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023-cü il təvəllüdlü X4 adlı üç övladı var. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 260 manat müəyyən edilmişdir. Məhkəmə iddianı araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 6120 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 81,2 manat dövlət rüsumu təşkil edir, həmin məbləğin 60 manatı mediasiya xərci kimi iddiaçı tərəfindən ödənildiyi və cavabdehdən tələb edilmədiyi üçün, qalan 21,2 manat cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 24 dekabr 2017-ci il təvəllüdlü X5, 11 fevral 2020-ci il təvəllüdlü X7 və 06 fevral 2023cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilməli olan 21,2 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8076/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8076/2025
22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver