Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-814/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1434/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 170 manat aliment miqdarının 120 manat məbləğində azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. 31 yanvar 2018-cu il tarixdə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Onların xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 960/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı ildə 5 saylı Bakı “ASAN Xidmət” X6 bağlanılmış nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 X2 yanında qalması, İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, İddiaçı hər ay 70 manat aliment xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək tutulub X3 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh İddiaçı 25 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra müəyyən edilmiş aliment məbləği İddiaçı tərəfindən mütəmadi ödənilmişdir. İddiaçının maddi vəziyyəti yaxşı olmadığından 170 manat sabit pul məbləğində aliment ödənilməsi onun vəziyyətini daha da çətinləşdirir. Hazırda aylıq gəliri 307 manatdır. Həmin məbləğin 170 manat hissəsi aliment borcuna çıxılır, qalan 137 manat isə ay ərzində yol xərcləri və digər xərcləri ilə əlaqədardır. Buna görə də aliment miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 1434/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək, cavabdeh İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq 08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2016cı ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı ildə 5 saylı Bakı “ASAN Xidmət” X6 bağlanılmış nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 X2 yanında qalması, İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, İddiaçı hər ay 70 manat aliment xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək tutulub X3 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh İddiaçı 25 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə müraciət edərək, alimentin azaldılaraq 120 manat müəyyən olunmasını tələb edir. Cavabdeh ilkin iddia tələbini qəbul etmir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. 170 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Atası övladının saxlanılması üçün əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il Respublika ərazisində uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində alimentin və 3 yaşına çatanadək 70 manat miqdarında alimentin tutulması qət edilmişdir. Bir müddət sonra isə cavabdeh alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat müəyyən edilmişdir. Sözügedən qətnamədən həm iddiaçı, həm də qarşı tərəf apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1434/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, qarşı tərəfin apellyasiya şikayəti isə qismən təmin edilmiş və alimentin miqdarı dəyişdirilərək hər ay 170 manat müəyyən edilmişdir. Özü ali təhsillidir, Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsinin fəlsəfə ixtisasını əla qiymətlərlə bitirmişdir. Hal-hazırda "xxxx" QSC-də işləyir, əmək haqqı 300 manat təşkil edir, əlavə gəliri yoxdur, adına hər hansı əmlak da yoxdur. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsivəkil Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1434/2022 saylı qətnaməsi ilə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan tutulan 170 manat sabit pul məbləğində aliment uşağın ehtiyaclarını qarşılamır. 2023-cü ildə Respublika ərazisində uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. İddiaçı yenidən nikaha daxil olmamış, başqa uşağı yoxdur. Cavabdeh özü də işləyir, amma tək özü uşağın ehtiyaclarını qarşılaya bilmir. Tərəflər arasında münasibətlər kəskin olsa belə, uşağın mənafeyi üstün tutulmalıdır. Odur ki, qeyd edilənlər nəzərə alınmaqla ilkin iddia tələbinin rədd olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1434/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək iddiaçıdan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimnetin tutulmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı ildə 5 saylı Bakı “ASAN Xidmət” X6 bağlanılmış nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 X2 yanında qalması, İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, İddiaçı hər ay 70 manat aliment xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək tutulub X3 verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsindən görünürki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh İddiaçı 25 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh gəlir məlumatlarından görünür ki, o, eyni zamanzda həm aşpaz, həm də satış üzrə nümayəndə kimi çalışır, ümumilikdə aylıq 874 manat əmək haqqı alır. - Elektron Məhkəmə İnformasiya Sistemində İddiaçı gəlir məlumatlarından görünür ki, o, "xxxx" QSC-də növbətçi işləyir və aylıq 424 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı ildə 5 saylı Bakı “ASAN Xidmət” X6 bağlanılmış nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 X2 yanında qalması, İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, İddiaçı hər ay 70 manat aliment xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək tutulub X3 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh İddiaçı 25 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(060)-2006/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı maddi vəziyyəti yaxşı olmaması səbəbindən aliment miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət edir,Cavabdeh 170 manat sabit pul məbləğində aliment övladının saxlanılmasına kifayət etmədiyindən aliment miqdarının artırılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı aylıq gəliri, 424 manat, Cavabdeh aylıq gəliri 874 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1434/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 170 manat aliment miqdarının 120 manat məbləğində azaldılmasına dair iddia tələbi rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh İddiaçı əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra İddiaçı maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1434/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 170 manat aliment miqdarının 120 manat məbləğində azaldılmasına dair ilkin, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 1434/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək, cavabdeh İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq 08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1434/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 170 manat aliment miqdarının 120 manat məbləğində azaldılmasına dair ilkin, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1434/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək, cavabdeh İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq 08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbləri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-814/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-814/2023
23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver