Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8223/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “pul tələbinə dair” ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə yyən etdi: İddiaçı Cavabdeh qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM-nin) 108.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektorn ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Hazırki halda iddia ərizəsinə əlavə edilmiş 13 aprel 2017-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbz dövlət rüsumunun qanunla nəzərdə tutulmuş qaydada ödənilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin ödənişin hökmət ödəniş portalı vasitəsi ilə həyata keçirildiyi, Elektron Məhkəmə Sistemində Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması zamanı belə bir ödənişin olduğu müəyyən edilmədi. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edlmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “pul tələbinə dair” iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8223/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8223/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver