Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8243/2025 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1436/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X5 adlı 1 övladı var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1436/2021 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh arasında olan nikah pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması, uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1436/2021 saylı qətnaməsi əsasında tutulan aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması barədə qərar verilmişdir. Belə olan halda iddiaçıdan tutulmalı alimentin məbləği hazırda 280 manat təşkil etmişdir. Bu hal iddiaçının maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Həmin məbləğdə alimenti hər ay mütəmadi olaraq ödəməyə iddiaçının maddi imkanı yoxdur. Onun daimi işi yoxdur və hər hansı bir yerdən gəlir əldə etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək övladının ayağında hal-hazırda problemi olduğunu, onu müalicə etdirdiyini bildirərk iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01902 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə mediasiya sessiyasının keçirilməsində iştirak etmiş, və bununla bağlı 60 manat mediasiyaya dair xərc İddiaçı tərəfinddən ödənilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1436/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək iddiaçı Qənimətli (Nəbiyeva) Aygün Əli qızı ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzində xx.xx.2019-cu il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1963 №-ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçı X3 yanında qalması və cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, 3 yaşına çatana qədər 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması qərara alınmışdır. - “DiaMed” Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, X2 fəqərə sütununun ön proyeksiyada çəkilmiş R-qramında zəif skolioz izlənilir. Fəqərə cisimlərində sümükdestruktiv və degenerativ dəyişiklik yoxdur, fəqərələrarası məsafələr dəyişməyib. Statika: Çanaq xətti və bud çanaq oynaqları, yuxarı çiyin qurşağı bir qədər pozulmuşdur. Hər iki pəncənin yastıpəncəliyə görə, ağırlıqda, yan proyeksiyada çəkilmiş R-qramlarında: sağ tərəfdə P= H\L x 100= 1.00/ 10.86 x 100=9.20, sol tərəfdə P= H\L x 100=0,85 / 11.02 x 100 = 7,71 olmaqla, hər iki tərəfdə 3-cü dərəcəli yastıpəncəlilik təyin olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1436/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçı Qənimətli (Nəbiyeva) Aygün Əli qızı ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzində xx.xx.2019-cu il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1963 №-ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçı X3 yanında qalması və cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, 3 yaşına çatana qədər 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması qərara alınmışdır. “DiaMed” Klinikası tərəfindən verilmiş arayışa əsasən X2 fəqərə sütununun ön proyeksiyada çəkilmiş R-qramında zəif skolioz izlənilir. Fəqərə cisimlərində sümük-destruktiv və degenerativ dəyişiklik yoxdur, fəqərələrarası məsafələr dəyişməyib. Statika: Çanaq xətti və bud çanaq oynaqları, yuxarı çiyin qurşağı bir qədər pozulmuşdur. Hər iki pəncənin yastıpəncəliyə görə, ağırlıqda, yan proyeksiyada çəkilmiş R-qramlarında: sağ tərəfdə P= H\L x 100= 1.00/ 10.86 x 100=9.20, sol tərəfdə P= H\L x 100=0,85 / 11.02 x 100 = 7,71 olmaqla, hər iki tərəfdə 3-cü dərəcəli yastıpəncəlilik təyin olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “İcra Haqqında” Azərbaycan respublikası Qanununun 65.3-ci maddəsinə əsasən Alimentlərin tutulması əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiasının əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar Cavabdeh ərizəsi ilə xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunmasını və belə olan halda iddiaçıdan tutulmalı alimentin məbləğinin 280 manat təşkil etdiyini qeyd edir. Lakin iddiaçı bununla əlaqədar olaraq maddi vəziyyətinin ağırlaşdığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1436/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 987/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunan alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8243/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8243/2025
19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver