Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8282/2025 16.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi barədə Sumqayıt Səhər Məhkəməsinin 8(060)-1240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan aliment məbləğinin azaldılaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yasına çatanadək saxlanılması ücün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində alimentin tutulması, tərəfindən mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun, 10 manat məbləğində kargüzarlıq xərcinin, məhkəməyə ödənilmiş 12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan iki övladı anadan olmuşdur: 1. xx.xx.2009-cu il təvəllüdlü X5; 2. xx.xx.2012-ci il təvəllüdlü X6. Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 2677/2019 saylı qətnaməsinə müvafiq olaraq, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ananın himayəsində saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Daha sonra isə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsinə əsasən alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 1240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 150 manat məbləğin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə alimenti vaxtı-vaxtında ödəyəcəyini öz öhdəliyinə götürür, çünki onlar övladlarıdır və bir ata kimi onların saxlanılması da onun borcudur. Lakin mübahisələndirdiyi məqam alimentin məbləği ilə bağlıdır. Belə ki, aylıq qazancı vergi tutulmalarından sonra 429 manatdır (İş verindən arayış iddia ərizəsinə əlavə edilmişdir.). Məhkəmənin müəyyən etdiyi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya üzrə aliment hesablansa bu məbləğ 616 manat təşkil edir. Göründüyü kimi əmək haqqından hətta 50% belə daha çoxdur. "xxxx" MMC-də xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən anbar üzrə köməkçi vəzifəsində çalışır. Əlindən gələn, bacara bildiyi yeganə iş budur ki, həmin iş üzrə verilən əmək haqqı 616 manatın ödənilməsi üçün kifayət etmir. Əvvəlki aliment məbləğini ödəməkdə çətinlik çəksə də, övladları üçün buna dözmüşdür. Lakin hazırki təyin edilmiş məbləğin tərəfindən ödənilməsi qeyri-mümkündür. Beləliklə, bu məbləği ödəyə bilməsə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməkdə təqsirləndiriləcəkdir ki, bu da gələcəkdə ümumiyyətlə işləməyinə, gələcək həyatına mənfi təsirini göstərəcəkdir. Bundan savayı öz yaşayışı üçün belə ona pul qalmır, yalnızca alimenti ödəyib, o da hətta qismən ödəyib, ac-susuz qalmalıdır, günlük təlabatları, yol xərci və s. kimi insani ehtiyaclarını ödəyə bilməyəcəkdir. Ata olaraq öz vəzifəsini yerinə yetirməyə çalışsa da, öz tələbatlarını da ödəməlidir. Həmçinin maddi sıxıntılara görə nikaha daxil ola bilmir, gələcəyini qura bilmir. Belə olan halda yalnızca xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində aliment ödəyə bilər. Yerdə qalan məbləğlə isə yalnızca yol xərclərini, günlük təlabatını qarşılaya bilsin. Cavabdeh övladları ilə görüşməyinə mane olur, uşaqları öyrətməsi nəticəsində övladı “mən Təranənin oğluyam” deyir, ata kimi onu qəbul etdirmir, lakin alimetin indeksasiyası üçün məhkəməyə müraciət edir, alimentin ödənilməsi zamanı ata olduğunu xatırlayır. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 babaları və nənələri ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00dək Cavabdeh iştirakı olmadan görüş vaxtı təyin edilmişdir. Valideynləri ilə övladlarının ünsiyyət hüququnun həyata keçirilməsinə də cavabdeh maneə olur. Ata-anasının bir oğludur. Onlar övladları ilə görüşmək üçün məhkəməyə sığınsalar da, məhkəmənin qətnaməsi bu günədək icra edilməmişdir. Halbuki ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində təsbit olunmuş dövlətin ali məqsədlərindən biri də Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ailə münasibətlərinə aid sözü gedən mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həll edilməsi tərəfindən təklif edilmiş, bununla bağlı mediasiya prosesi keçirilmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən sözügedən mübahisə öz həllini tapmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025- 02116 saylı X3 (İMS) İştirak edilməməsi barədə arayış ona təqdim edilmişdir. Tərəfindən təqdim edilmiş sübutların məhkəmə tərəfindən qiymətləndiriləcəyinə, alimentin məbləğinin azaldılacağına, layiqli həyat səviyyəsinin və pozulmuş hüquqlarının ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən bərpa olunacağına səmimi qəlbdən inanır. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş alimentin indeksasiyası barədə qərardadda hazırki il alimentin məbləği 308 manat, iki uşağa görə hesablansa 616 manat təşkil etmiş olur. Belə ki, bu məbləğ hələ hər il artmağa davam edəcəkdir. “Vətən müharibəsinin iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medallara layiq görülmüş ikinci Qarabağ müharibəsinin iştirakçısı olaraq dövlətinə, dövləti adından qərar çıxaran məhkəməyə inanır, mübahisəyə düzgün hüquqi qiymət verəcəyinə inanır. Odur ki, yuxarıda qeyd edilən xüsusatlara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/20l9 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 1240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan aliment məbləğinin azaldılaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində alimentin tutulması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı iddia tələbini qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsirova Təranə Raqif qızı - İddiaçı ilə 08 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var: 24 may 2009-cu il təvəllüdlü X5 və 13 aprel 2012-ci il təvəllüdlü X6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2677/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan 24 may 2009cu il təvəllüdlü X5 və 13 aprel 2012-ci il təvəllüdlü X4 onun yanında qalması və həmin uşaqların yetinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi iki uşağa görə 280 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2677/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək alimentin 0,35 misli həddində müəyyən olunmasını xahiş etmişdir. İddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia tələbi təmin olunmamalıdır. 2019-cu ildən bu günə kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün dəfələrlə dəyişib və bununla bağlı məhkəməyə müraciət edib alimenti artırmamışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iş tapmaq çətindir. Təyin olunmuş aliment məbləğinin çoxunu o ödəmişdir. Uşaqların nənələri şəkər xəstəliyindən əziyyət çəkir. Oğlu nikahın pozulmasından sonra ailə qurmamışdır.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. AZ-İİ 287038 və AZ-İİ 867573 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2009-cu ildə, X7 xx.xx.2012-ci ildə anadan olmuşdurlar. Uşaqların atası İddiaçı, anası Nəsirova Təranə Raqif qızıdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsi ilə 28 yanvar 2019-cu il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-cı il təvəllüldlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat ümumilikdə 280 manat miqdarında aliment İddiaçı tutularaq Nəsirova Təranə Raqif qızına verilməsi qət edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1240/2025 saylı qərardadı ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunması qərara alınmışdır.
10. X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq X3 iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə X3 iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq Hüquqları haqqında” Qanun :
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsi ilə 28 yanvar 2019-cu il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-cı il təvəllüldlü X4 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat ümumilikdə 280 manat miqdarında aliment İddiaçı tutularaq Nəsirova Təranə Raqif qızına verilməsi qət edilmişdir.
19. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1240/2025 saylı qərardadı ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunması qərara alınmışdır.
20. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 140 manata qədər azaldılmasını məhkəmədən xahiş edir.
21. İddiaçı cavabdehə qarşı olan “alimentin miqdarının azaldılması” tələbini maddi imkanının aşağı olması, alimenti ödəməyə çətinlik çəkməsi ilə əsaslandırmışdır.
22. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
23. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.
25. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür.
26. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
27. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.
28. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.
29. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə İddiaçı gəlirlərinin müəyyən edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 1240/2025 saylı qərardadı ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,77 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 308 manat olmaqla, iki uşaq üçün 616 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan maddi vəziyyətinin hazırda mövcud olmamasını onun maddi vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir.
30. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, uşaqların üstün mənafeyi nəzərə alınmaqla alimentin məbləği hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 1240/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
Məhkəmə xərcləri:
32. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir.
33. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği müəyyən edilməlidir. Hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği hər uşağa münasibətdə 48 manat, ümumilikdə 96 manat azaldıldığından və azaldılan məbləğin bir il ərzində məcmusu 1152 manat (96x12=1152) təşkil etdiyindən və həmin məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği (31,52 manat) mediasiya prosesi ilə bağlı çəkilmiş xərclərdən (50 manat) az olduğundan cavabdehdən dövlət rüsumunun əvəzi tutulmamalıdır.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
36. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
37. İş materiallarında olan “X3 iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə X3 iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
39. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-2677/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1240/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci, 10 (on) manat kargüzarlıq xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva