Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8372/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər hər birinə 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24.04.2019-cu ildə rəsmi olaraq boşanmışdır. Onların birgə nikahdan iki övladı var: 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X6. Onlar iki ildən çoxdur ki, ayrılmışdılar, birlikdə yaşamırlar, bir təsərrüfat idarə etmirlər, o övladları ilə birgə valideynlərinin yanında yaşayır. Rəsmi nikahla boşandığı zaman cavabdeh ona bildirmişdir ki, aliment tələbi olmasın, çünki o könüllü olaraq hər ay uşaqlarına maddi yardım göstərəcək. Lakin 2 ildən artıqdır ki, cavabdeh ailəyə heç bir maddi yardım göstərmir. Qızı Ayan 6-cı sinifdə, oğlu Sahib isə 3-cü sinifdə oxuyur. Onların məktəb ləvazimatlarına, geyimə, ərzaq təminatlarına ehtiyacları vardır və o bütün bunları tək başına təmin edə bilmir. Özü heç yerdə işləmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, o, Azərtexnolayn-da 8 ildir ki, işləyir, aldığı maaş 680 manat göstərilsə də, cəmi 622 manat alır. YELO BANK ASC-i ilə onun arasında 4-Y-2- 0-1607-21 saylı kredit müqaviləsinə əsasən 6100 manat məbləğində 20.3% olmaqla, 36 ay müddətində aylıq 227.63 (iki yüz iyirmi yeddi manat(63 qəpik) ödəmək şərti ilə kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, mütəmadi banka borcunu ödəməlidir. Eyni zamanda Soliton mağazasına hər ay 111 manat, ümumilikdə isə banklara 338,63 manat pul ödəyir. X5 mediator Zeyqəm Hüseynov tərəfindən dəvət olunmuşdur. Onlar orada razılığa gəlməmişdir. Təklif belə olmuşdur ki, onlar 300 manatla razılaşacaqdır. Ancaq o, real iş yeri olduğu üçün onların təklifıni qəbul etməmişdir. Bildirir ki, anası Nümayəndə bronxial astma ilə ağır xəstədir. Ağır xəstə olmasına baxmayaraq, onun əlillik dərəcəsi avqust 2021-ci ildən dayandırılmışdır. Özünün aldığı real maaşla bankı ödədikdən sonra güclə dolanırlar. Halhazırda əlilliyə görə təqaüdü kəsilmişdir. İddiaçı qadın bərbərxanasında çalışır və özü yaxşı qazanc əldə edir. İddiaçının atası Çernobıl əlili olmaqla yaxşı pensiya alır, işləyir, yaxşı qazanc əldə edir. Hətta o, iddiaçıya uşaqlarının onun himayəsinə verilməsini təklif etmişdir. O, uşaqlarının saxlanması üçün hər birinə 100 manat olmaqla ümulikdə 200 manat aliment ödəyə bilər. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notraial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin 04 ayının 27-cü günündə 147 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 2675 nömrəli, 30.06.2021-ci il tarixli arayışından görünür ki, Əliyeva X3 şəhəri, yataqxana 2, ev 64 ünvanında məcburi köçkün kimi məskulaşıb. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 975 nömrəli, 11.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumayıt şəhəri, 10-cu mkr, ev 71, mənzil 29 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ 562727 saylı və AZ-İİİ 642850 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin rəsmi nikahından 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(060)- 973/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı nikahın pozuması barədə iddia tələbi təmin edilmiş və Cavabdeh və İddiaçı arasında olan 15.12.2012-ci ildə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. İşdə olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyir və əmək haqqı 680 manatdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X1 üçün alimentin məbləğinin bir uşağa görə 140 manat məbləğində müəyyən edilməsi onların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay Cavabdeh hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, valideynin müxtəlif bank və mağazalarla bağladığı müqavilələr üzrə öhdəliklərinin olması onun uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsindən azad edilməsi və alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması 28.09.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28.09.2021-ci il tarixdən başlayaraq 14.09.2010-cu il təvəllüdlü X7 və 04.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8372/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8372/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver