Məhkəmə qərarları › İş №2(060)-8524/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8524/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8524/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı «pul tələbinə və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı «pul tələbinə və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus 5610 (beş min altı yüz on) manat məbləğində pulun, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh əvvəldən tanımışdır. O özünə məxsus qızıl-zinət əşyalarını satmaq fikri olduğunu bidirəndə cavabdeh alacağını bildirmişdir. İddiaçıya məxsus 64 qram çəkidə olan 585 əyarlı, Türkiyə istehsalı olan və ilkin qiyməti 6960 manat olan qızıl-zinət əşyalarını razılaşmış, qalan pulu da 12.09.2021-ci il tarixdə ödəyəcəyinə vəd vermişdir. Cavabdeh 1350 manat qaytarmış, qalan 5610 manatı qaytarmamışdır. Cavabdeh qızıl-zinət əşyalarını iddiaçıdan götürərkən Elçin adlı şəxsin əri olmasını və vəzifəli şəxsin sürücüsü olduğunu bildirmiş və iddiaçı onun ailəli olmasına görə etibar etmişdir. Lakin cavabdeh qalan 5610 (beş min altı yüz on) manat məbləğində pulu verməmiş, dəfələrlə əlaqə saxlayaraq pulun ödənilməsini tələb etsələr də müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Cavabdehdən 4260 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stres keçirməsi səbəbindən mənəvi zərərə məruz qalmışdır. Aldadıldığı, pul vəsaitindən məhrum edilməsi və uzun müddət zəhmət hesabına əldə etdiyi qızıl-zinət əşyalarının əlindən çıxması onun şüuruna mənfi psixoloji təsir etmisdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində cavabdehdən 5610 manat pul və 500 manat məbləğində mənəvi zərərin alınıb ona ödənilməsini tələb etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən bir neçə “whatsapp” yazışmalarının surəti təqdim edilsə də, həmin sənədlərlə bu yazışmaların nədən ibarət olmasını və kimlər arasında olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının Cavabdeh qarşı «pul tələbinə və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar