Məhkəmə qərarları › İş №2(060)-8584/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8584/2021

05.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8584/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin və icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 Sumqayıt filialı ilə aralarında 30 iyul 2014-cü il tarixli, DK065191/13 nömrəli kredit müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariatının (kontoru) 25.11.2020-ci il tarixli 8İ-13838 saylı icra sənədi qeydinin (icra edilməməsi) ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin- 352-ci maddəsi baxımından müəyyən edilirki; (Normativ hüquqi aktın Konstitusion uyğunluğunun yoxlanılması) Məhkəmələr mahiyyəti iş üzrə araşdırma apararkən normativ aktların Konstitusion uyğunluğunu maddi hüquq əsasları üzrə baxılmasının Konstitusion nəzarət instansiyası olması adiyyəti baxımındanda öz səlahiyyətləri çərçivəsindədə müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunmuş Məhkəmə qərarı məhkəmə səhvi (hakim məhsuliyyətsizliyi) hesab edilməyərək, prosesual mahiyyət hüquq adiyyətini əsaslandırır. Yəni, məhkəmə normativ aktın qəbul olunan zamandan öncə mövcud olmuş hüququ normativ akta əsaslanır. -Hüquq ədəbiyyatında ənənəvi olaraq mühafizə və hüquqların müdafiəsi arasında təcridləşdirmə anlayışı müəyyən edilir. Sivilistik mühafizə altında qiymətli dəyərlərin müəyyənləşdirilməsi rejimi əsaslandırılır. Bu hüququn əsasında hüriyyətçi, hüquqların pozulması və ya müdafiə edilməsi zəminində keyfiyyətli əsaslar əldə edir. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. Apellyasiya- bu birinci instansiya məhkəməsinin tam və ya bir hissəsinin əsasız hesab edən şəxsin (iştirakçı) işin yenidən baxılmasının xahiş edilməsidir.( MPMnin maddə - 384 Xüsusi akt, Normativ hüquq akt). Apellyasiya məhkəmə institutu əsaslı olaraq tam həcmdə və əsasən işin baxılmasının yüksəldilməsi hesab edilir. Apellyasiya icraat mərhələsi üzrə yardımçılıq (təşkilat-təyinat) xüsusi hüquqi mahiyyətindən başqada, normativ aktların, hüquqi prosesual əsasların funksional düzgünlüyünün yoxlanmasıdır. Apellyasiya məhkəmə icraat mərhələsinin özünə məxsus xüsusiyyətə malikdir. Şikayətin baxılması hüquq faktın müəyyən edilməməsi, hüquq faktının yekunlanmamasını əsaslandırmayaraq, birinci instansiya məhkəməsinin müəyyən etmiş sübutların normativ aktların tam və kifayyət olmasının yoxlanılmasıdır. Bununda Konstitusion tələbi - ikinci instansiya məhkəməsinin hakimlərinin təcrübəli və uç kolleqiqllıq hüquq əsasıdır.(MPM-nin maddə -386 maddi hüquq hormaların pozuntusu, tətbiqi. Apellyasiya məhkəmələrin qərar və aktları aşaqı məhkəmələr üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq Plenum qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Və qəbul edilmiş sözü gedən məhkəmə qərarına əsasən; Bu qayda kredit xətti müqaviləsi iizrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. 28 fevral 2019—- Sputnik. X7 Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərnıan imzalayıb. Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.10. Məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki (İnzibati) Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbi baxımından qəbil edilmiş cərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Buna baxmayaraq cavabdeh Sumqayıt şəhər 4 saylı natariat ofisi(kontoru) 25.11.2020 ci il taraxli 8İ- 13838 saylı icra sənədi qeydi etmişdir və bu icra sənədi üzrə Sumqayıt icra şöbəsinə əsassız mövcud olmayan pul ödənişinin ondan alınıb digər cavabdehə Cavabdeh2 ödənilməsinə təqdimat ertmişdir. Belə ki, Cavabdeh2 Sumqayıt filialı ilə aralarında 30 iyul 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır və DK065191/13 nömrəli. Sözü gedən kredit müqaviləsi 3 (üç il) müddətinə bağlanmış faktiki və hüquqi əsaslarla onun debitor borcun silinib ödənilibdir və kredit müqaviləsinin müddəti 2017-ci il tarixdə bitmişdir. Ümumiyyətlə onun tərəfindən borc öhdəliyi üzrə mütəmadi ödənişlər edilmiş başa çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 Sumqayıt filialı ilə aralarında 30 iyul 2014-cü il tarixli, DK065191/13 nömrəli kredit müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariatının (kontoru) 25.11.2020-ci il tarixli 8İ-13838 saylı icra sənədi qeydinin (icra edilməməsi) ləğv olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddia əizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, 30.07.2014-cü il tarixdə bağlanan DK065191/13 saylı kredit xəttinin müddəti 10 ildir. Hazırda İddiaçı borcu 298,5 manat əsas, 318,8 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 637,3 manat təşkil edir. Ümumiyyətlə icra qeydinin ləğvi anlayışı hələ mübahisə olaraq qalır. Bununla bağlı qanunvercilikdə birbaşa göstəriş yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Sumqayıt şəhər 4 saylı notariat ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsinİ xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ASC-nin “Azneft” filialı ilə İddiaçı arasında bağlanmış 30 iyul 2014-cü il tarixli DK065191/13 №li kredit sazişindən görünür ki, Cavabdeh2 ASCnin “Azneft” filialı tərəfindən İddiaçı illik faiz dərəcəsi 36 faiz olmaqla 10 il müddətinə 10000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh2 ASC-nin “Azneft” filialı ilə İddiaçı arasında bağlanmış 30 iyul 2014-cü il tarixli CC/50655/43/1 №li kredit sazişindən görünür ki, Cavabdeh2 ASC-nin “Azneft” filialı tərəfindən İddiaçı illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin “Azneft” filialı ilə İddiaçı arasında bağlanmış 30 iyul 2014-cü il tarixli BAL231221/14 №li kredit sazişindən görünür ki, Cavabdeh2 ASC-nin “Azneft” filialı tərəfindən İddiaçı 10 il müddətinə 10000 manat məbləğində “Bolkart” verilmişdir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki höquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində borcunun tam ödənilməsini bildirsə də, məhkəmə iclasında onun Cavabdeh2 ASC-nə qeyd olunan müqavilə üzrə borcun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh2 Sumqayıt filialı ilə aralarında 30 iyul 2014-cü il tarixli, DK065191/13 nömrəli kredit müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı natariatının (kontoru) 25.11.2020-ci il tarixli 8İ-13838 saylı icra sənədi qeydinin (icra edilməməsi) ləğv olunması” barədə iddia tələbi tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar