Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8608/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Bakı şəhəri, Nərimanov ray, Hidayətzadə küç 36 ünvanında yerləşən Kreditor Borclu qarşı «borcun tutulması» haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan Kreditor MMC-nin xeyrinə cəmi 908.7 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı Kreditor MMC ilə cavabdeh Borclu arasında bağlanmış 24.02.2021 -ci il tarixli, № ******* Alqı-satqı müqaviləsinə əsasən ona 10 ay müddətinə ümumi qiyməti 908.7 manat dəyərində olan X1 A51-SM-A515 128GB Black satmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin Ödəniş etmədən, hər ay üçün 90.87 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, qalan 908.7 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xilam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdiur. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ona görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1977-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 908.7 (doqquz yüz səkkiz manat, yetmiş qəpik) manat əsas borc, və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8608/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8608/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver