Məhkəmə qərarları › İş №2(060)-8629/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8629/2021

08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8629/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC 600 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, borclunun qeydiyyat ünvanı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xal-Xal kəndidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Ərizənin MPM-in 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur (278.4.). Məhkəmə hesab edir ki, borclunun qeydiyyat ünvanı Naxçıvan Muxtar Respublikası olduğu üçün Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən məhkəmə əmrinin verilməsi haqqında ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152-ci və 278-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar