Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8645/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Kreditor-nin Borclu “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə yyən etdi: Kreditor Borclu “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmşdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. MPM-nin 41-ci maddəsinə əsasən əmr icraatı qaydasında işələrə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət qaydaları üzrə baxılmaq üçün verilir. MPM-nin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, borclu Nəcəfov X1 rayonu, Qobu park yaşayış kompleksi 7 ünvanında yaşayır. Göründüyü kimi kreditor tərəfindən aidiyyət qaydaları pozulmaqla ərizə Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəyə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 277-279-ci maddələrinə əsaslanaraq, qərara aldı : Kreditor-nin Borclu “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8645/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8645/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver