Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8738/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, AZ 1154 ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı «borcun tutulması» haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu oğluna qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 492 manat əsas və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor "xxxx" MMC ilə Borclu oğlu arasında bağlanmış 25.01.2020-ci il tarixli, İD ******* saylı Alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 612 manat dəyərində olan Mobil-telefon-Samsung Galaxy satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4- cü bəndinə əsasən borclu alınmış malların dəyərindən ilkin ödəniş etməmək şərti ilə hər ay üçün 51 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan 120 manat ödəniş etmiş, qalan 492 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən,”Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər ay 1 (bir) gün üçün 1 % cərimə ödəməlidir,lakin borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız bağlanmış müqavilə üzrə bu günə olan borcu alınmalıdır.Həmin müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətini 50%-dən artıq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ona görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu oğlundan kreditor "xxxx" MMC-nin xeyrinə cəmi 492 (dörd yüz doxsan iki manat) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8738/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8738/2021
11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver