Məhkəmə qərarları › İş №2(060)-8761/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8761/2021

14.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8761/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor "xxxx" MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx xxxxxx 1993-cü ildə anadan olmuş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-17/21V, mənzil-47 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 608 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, 28.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 1152 manat dəyərində olan Mobil telefon-Samsung Galaxy satılmışdır. Borclu 28.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan ilkin ödəniş 240 manat etməklə hər ay üçün 76 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu əsas borcundan bu günədək 544 manat ödəniş etmiş, 608 manat borcunu indiyədək ödəməmişdir. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərini kreditor "xxxx" MMC qarşısında tam icra etməyən Borclu 608 manat məbləğində borcu qalmaqdadır. Borcluya dəfələrlə müraciət edilməyinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görməmiş, alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Borclu arasında bağlanmış 28.05.2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, cavabdeh Borclu "xxxx" MMC-dən dəyəri 1152 manat olan Mobil telefon-Samsung Galaxy almışdır. İşdə olan 28.05.2020-ci il tarixli, ******* nömrəli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, "xxxx" MMC dəyəri 1152 manat olan Mobil telefon-Samsung Galaxy Borclu təhvil vermişdir. İş materiallarında olan maliyyə arayışışdan görünür ki, Borclu 28.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 608 manat əsas borcu qalmışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Borclu yazılı bildiriş ünvanlanmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx xxxxxx 1993-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" MMCnin xeyrinə 608 (altı yüz səkkiz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar