Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8764/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu "xxxx" MMC-nin xeyrinə 1269 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, kreditorun tələbi aşkar olduğundan, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından ərizə təmin edilməlidir. İş materiallarında olan Borclu ilə "xxxx" MMC arasında bağlanmış 14.01.2020-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, Borclu "xxxx" MMC-dən qiyməti 1269 manat olan “Samsung Galaxy” markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. İş materiallarında olan 14.01.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Borclu 14.01.2020-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsi üzrə aldığı “Samsung Galaxy” markalı mobil telefona görə 12 ay müddətində hər ay 105.75 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2020-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Borclu "xxxx" MMC-dən 14.01.2020-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsində nəzərdə tutulmuş “Samsung Galaxy” markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Borclu 14.01.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, borcluya müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Borclu 14.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1269 manat borcundan bu günədək ödəniş etməmiş, 1269 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə əmri verilməsi üçün kreditor tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu "xxxx" MMC-nin xeyrinə 1269 manat (min iki yüz altmış doqquz) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-8764/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8764/2021
14.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver