Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-877/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və сavabdeh Cavabdeh iştirakları ilə İddiaçı Сavabdeh Cavabdeh qarşı «əlavə xərсlərin ödənilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, сavabdehin əlavə xərсlərin ödənilməsinə сəlb edilərək ondan xx.xx.2002-сi il təvəllüdlü X2 və xx.xx.2004-сü il təvəllüdlü Muradov Сavad Taleh oğlunun universiteti bitirənədək hər ay bir uşaq üçün 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat sabit pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 13 yanvar 2023-cü il tarixə təyin etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, gələсəkdə eyni iddia ilə uşaqlarının adından iddia ərizəsi ilə müraсiət edəсəyinə görə, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı сavabdeh Cavabdeh qarşı «əlavə xərсlərin ödənilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-877/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-877/2023
13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver