Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8772/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Abdullayev Emin Ağamusa oğlu, kreditor "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 36) xx.xx.1993-cü ildə, Rusiya Federasiyasında doğulmuş Borclu (ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana-9, ikinci paralel küçə, məhəllə 9) pulun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: "xxxx" MMC (bundan sonra - kreditor) 929,5 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu (bundan sonra - borclu) tutulması barədə məhkəmə əmri çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər (276.1.). Tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər (276.2.2.). Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kreditor və borclu arasında bağlanmış 18.02.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən borclu kreditordan “Xiaomi POCO X3” markalı telefonu dəyərini (929,5 manatı) 10 ay müddətinə hər ay 92,95 manat ödəmək şərti ilə almışdır. Eyni tarixli təhvil-təslim aktı əşyanın borclu tərəfindən qüsursuz şəkildə alındığını təsdiq edir. Müqaviləyə əlavəyə əsasən həmin əşya kreditor tərəfindən borcluya təhvil verilmişdir. Maliyyə arayışına əsasən borclu satılmış əşyanın dəyərindən kreditora 929,5 manat borcu qalmışdır. Kreditor tərəfindən borcluya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilsə də, borclu həmin məbləği ödəməmişdir. Kreditor məhkəmə əmrinin çıxarılmasına dair ərizə verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzşrdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış və kreditor həmin müqavilədə nəzərdə tutulmuş əşyanı borcluya vermişdir. Borclu isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə kreditora 929,5 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən -hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən kreditor həmin 929,5 manatı tələb etməkdə haqlı olmuşdur. MPM-in 119.1 və 281.1.7-ci maddələrinə əsasən, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul da borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 929 (doqquz yüz iyirmi doqquz) manat 50 (əlli) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu kreditor "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8772/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8772/2021
12.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver