Məhkəmə qərarları › İş №2(060)-8796/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8796/2021

13.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8796/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu – Borclu (ünvanı: ünvan 1lmiş dövlət rüsumunun, cəmi 476 manat məbləğində borcun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Tələbkar – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu 456 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, tələbkarın ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, tələbkar – iddiaçı "xxxx" MMC ilə cavabdeh Borclu arasında bağlanmış 21.02.2020-ci il tarixli, İD ******* alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 456 manat dəyərində olan “Samsung Galaxy” markalı mobil telefon satılmışdır. Azərbyaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malın dəyərindən ilkin ödəniş etməməklə hər ay üçün 38 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən;

5. Alıcı dalbadal iki ödəniş müddəti ərzində müəyyən edilmiş ödənişi həyata keçirmədikdə, Satıcı müqaviləyə əmlakın kredit şərtlətlə satılması hissəsində xitam verə və əmlakın dəyərinin tam ödənilməsi barədə məhkəməyə müraciət edə bilər Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm:

Ərizə təmin olunsun. xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Borclu (ünvanı: ünvan 3lət rüsumunun, cəmi 476 manat məbləğində borcun tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (ünvan: ünvan 4rini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar