Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-88/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərdiyi 2700 manat dəyərində olan qızıl-zinət əşyaları, 3280 manat dəyərində olan geyimləri, 13.375 manat dəyərində olan cehiz əşyalarının, ümumilikdə 19.355 manat və ona məxsus sənədlərdən diplom (X1 Tibb Bacısı kursu), komputer kursundan aldığı sertifikatını, doğum haqqında şəhadətnaməsini, ailə şəkillərini Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nigahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir övladı var. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9153/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nigahdan doğulmuş azyaşlı övladı onun himayəsinə verilmişdir. O, cavabdeh ilə ailə həyatı qurduqdan sonra cavabdehin yaşadığı ünvana gəlin köçmüşdür. O, gəlin köçərkən cehiz əşyalanı da mübahisəli mənzilə gətirmişdir. Ailə münasibətlərinin pozulması nəticəsində o, cavabdehin təzyiqi ilə valideynlərinin yanına qayıtmışdır. Həmin vaxtdan valideynlərinin yanında yaşayır. Halhazırda birgə yaşamırlar. Bir sözlə dəfələrlə cəhd etsə də, cavabdeh və onun ailəsi cehiz, qızıl-zinət əşyalarını və ona məxsus sənədlərdən diplom (X2 Tibb Bacısı kursu), komyuter kursundan aldğı sertifikatını, doğum haqqında şəhadətnaməsini, ailə şəkillərini qaytarmaqdan imtina etmişdilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin mənzilindəki cehiz əmlaklar - Mebel dəsti-zal üçün stenka (qorka), kamot, televizor altlığı, stol, stul; yataq otağı üçün dəst- taxt, güzgülü tumba, stulu, 2 ədəd balaca tumba (Türkiyə istehsalı) - 6000 AZN, Künc divan, jurnal stolu-1500 AZN, 3 dəst pərdə (tül, qalın pərdə) - 800 AZN, 2 ədəd çılçıraq- 500 AZN, 3 ədəd xalça -600 AZN, Tək açılan kreslo-300 AZN, 3 dəst yorğan-döşək, (4 ədəd tük-6 ədəd sentifon) yastıq- 1000 AZN, Pakrval- 500 AZN, Qalın ədyal - 70 AZN, 2 ədəd Naçnik-40 AZN, 6 ədəd çexol dəsti- 250 AZN, 4 ədəd süfrə- 60 AZN, Dəsmallar (15ədəd (əl-üz, çay, can))-150 AZN, Obedniy serviz-150 AZN, 5 ədəd qənd qabı (2 xurustal)-50 AZN, Pesok qabı naboru- 40 AZN, Padnus dəsti-80 AZN, 3 ədəd bagema-100 AZN, 3 ədəd çaşka dəsti-70 AZN, 5 ədəd bakal dəsti-100 AZN, 12 ədəd xrustal stəkan- 70 AZN, 12 ədəd armudu stəkan-30 AZN, 24 ədəd nəlbəki - 60 AZN, Bıçaq naboru- 35 AZN, Mikser - 20 AZN, Ət çəkən maşın- 200 AZN, Qoz çəkən maşın- 15 AZN, Paltar qabı, setkası- 30 AZN, Paltar sərilən- 50 AZN, Ütü ütüləyən-50 AZN, Çörək qabı, üçlü süzgəc (tyorka), tək jarovnik- 40 AZN, Ütü- 80 AZN, Bıçaqlar, tort kəsən-20 AZN, 12 ədəd Araq stəkanı- konyak stəkanı-30 AZN, 12 ədəd razetka-15 AZN, 2 ədəd ləpə qabı-10 AZN, 3 ədəd meyvə qabı-50 AZN, Çaynik, balıq qoymaq üçün qab, şotka, şpilka qabı, duz qabı, göyərti doğramaq üçün taxta, tualet təmizləmək üçün şotka, kruşka, palaz çırpan-50 AZN, Qrafinka (su qabı), güldan, kofe bişirən-qaşığı-50 AZN, Kəfkir-qaşıq naboru- 30 AZN, Manqal-şiş-40 AZN, Sokçəkən maşın-20 AZN, Təzyiq ölçən aparat, oyun latosu-20 AZN, 2 ədəd palto- 250 AZN, Pol şuba- 70 AZN, 2 ədəd kurtka -70 AZN, 3 ədəd pencək- 50 AZN, Plaş- 30 AZN, 6 ədəd şalvar- 100 AZN, 11 ədəd platya (don)- 600 AZN, 5 dəst ev paltarı-150 AZN, 20 ədəd kofta -300 AZN, 8 ədəd çanta-180 AZN, 3 ədəd eynək-150 AZN, Bjuteriya.alt paltarı, naçnoy- 300 AZN, 15 ədəd papaq, şərf-150 AZN, 3 ədəd jilet-30 AZN, 6 ədəd sapaşki-200 AZN, 7 ədəd ayaqqabı-400 AZN, 8 ədəd (keta, pasanoşka)-150 AZN, 7 ədəd evdə geyinmək üçün şəpik- 100 AZN, Komplekt (750 əyarlı (boyunbağı, bilərzik, sırğa üzük))-2700 AZN dəyərində olan əmlaklardan ibarətdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə o, xx xxxxxx 2017-ci il tarixində Sumqayıt səhər Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Bu nikahdan onların xx xxxxxx 2018-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Sumqayıt səhər Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, guya cavabdehlə yəni onunla əlaqə saxlamış iddia ərizəsində göstərmiş olduğu əşyalarını tələb etmişdir. Onun ərizəsində göstərmiş olduğu bu dəlilləri tamamilə yalandır, iddiaçı və ya ailə üzvləri əşyalarla əlaqədar olaraq heç bir zaman onunla əlaqə saxlamamışdır. Onun iddia ərizəsində göstərmiş olduğu əmlakların 90 faizi yerindədir və bununla başlı dəfələrlə iddaçının özünə bildirmişdir ki, istədiyi zaman gəlib götürə bilər. Yerində olmayan əşyalar isə qızıl-zinət əşyalarıdır ki, o hər zaman iddiaçının özündə olmuşdur və atası evinə gedərkən də özü ilə aparmışdır. Çünki onlar dava-dalaş olmadan ayrılmışlar və iddiaçı özünün razılığı ilə özünə məxsus əsaslı əşyalarını da götürməklə yaşadığı mənzili tərk etmiş və gecə ona zəng edərək bir daha evə qayıtmayacağını demişdir. Bundan əlavə olaraqda onuda məhkəmənin diqqətinə çatdırır ki, onlar həmin qızıl-zinət əşyalarının 2700 manata deyil 1760 manata almışlar və həmin qızıllarda italyan yox türk qızılları idi. Bundan başqa isə iddia ərizəsində göstərmiş olduğu 6 ədəd çexol dəsti deyil 5 ədəddir, 4 ədəd süfrə dəsti deyil 3 ədəddir, 5 ədəd qənd qabı xurustal deyil sadədir, 5 ədəd bakal dəsti deyil 4 ədəddir, 7 ədəd evdə geyinmək üçün şəpik deyil 5 ədəddir. Dişər əşyaların hamısı demək olar ki, mövcuddur və istənilən vaxtdada iddiaçı gəlib həmin əşyalarını təhvil ala bilər. Bu səbəbdən də Məhkəməyə müraciət edərək, iddianın qismən qızıl-zinət əşyalarına və yuxarıda qeyd etdiyi əşyalara aid hissələrini rədd etməklə, iddiaçının iddiasının isə iddianın qəbul etdiyi hissəsinin təmin edilməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, Cavabdeh iddia tələbində qeyd edilən cehiz əmlaklarının demək olar ki, hamısını, yalnız 6 ədəd çexol dəsti deyil 5 ədəd, 4 ədəd süfrə dəsti deyil 3 ədəd, 5 ədəd qənd qabı xurustal deyil sadədir, 5 ədəd bakal dəsti deyil 4 ədəd, 7 ədəd evdə geyinmək üçün şəpik deyil 5 ədəd şəklində qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin Komplekt (750 əyarlı (boyunbağı, bilərzik, sırğa üzük))-2700 AZN dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, cavabdeh etirazında Komplekt (750 əyarlı (boyunbağı, bilərzik, sırğa üzük))-2700 AZN dəyərində olan qızıl-zinət əşyalarının mövcudluğunu etiraf etmiş, həmin qızıl-zinət əşyalarının hər zaman iddiaçının özündə olmasını və iddiaçı atası evinə gedərkən özü ilə aparmasını qeyd etsə də, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tələb olunan qızıl-zinət əşyalarının dəyərinə gəldikdə isə məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Sumqayıt Ticarət Mərkəzində qızıl satışı ilə məşğuldur. Tələb olunan qızıl-zinət əşyalarını 2700 manata o, satmışdır. Bu müştərinin onun yadında qalmasına səbəb isə, cavabdehin qohumunun da Ticarət Mərkəzində işləməsidir. Belə ki, o, iş yoldaşı kimi ona müraciət edərək qızılların bu qiymətə satılmasını ondan xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Mebel dəsti-zal üçün stenka (qorka), kamot, televizor altlığı, stol, stul; yataq otağı üçün dəst- taxt, güzgülü tumba, stulu, 2 ədəd balaca tumba (Türkiyə istehsalı) - 6000 AZN, Künc divan, jurnal stolu-1500 AZN, 3 dəst pərdə (tül, qalın pərdə) - 800 AZN, 2 ədəd çılçıraq- 500 AZN, 3 ədəd xalça -600 AZN, Tək açılan kreslo-300 AZN, 3 dəst yorğan-döşək, (4 ədəd tük-6 ədəd sentifon) yastıq- 1000 AZN, Pakrval- 500 AZN, Qalın ədyal - 70 AZN, 2 ədəd Naçnik-40 AZN, 5 ədəd çexol dəsti- 250 AZN, 3 ədəd süfrə- 45 AZN, Dəsmallar (15 ədəd (əl-üz, çay, can))-150 AZN, Obedniy serviz-150 AZN, 5 ədəd qənd qabı sadə-50 AZN, Pesok qabı naboru- 40 AZN, Padnus dəsti-80 AZN, 3 ədəd bagema-100 AZN, 3 ədəd çaşka dəsti-70 AZN, 4 ədəd bakal dəsti- 80 AZN, 12 ədəd xrustal stəkan- 70 AZN, 12 ədəd armudu stəkan-30 AZN, 24 ədəd nəlbəki - 60 AZN, Bıçaq naboru- 35 AZN, Mikser - 20 AZN, Ət çəkən maşın- 200 AZN, Qoz çəkən maşın- 15 AZN, Paltar qabı, setkası- 30 AZN, Paltar sərilən- 50 AZN, Ütü ütüləyən-50 AZN, Çörək qabı, üçlü süzgəc (tyorka), tək jarovnik- 40 AZN, Ütü- 80 AZN, Bıçaqlar, tort kəsən-20 AZN, 12 ədəd Araq stəkanı- konyak stəkanı-30 AZN, 12 ədəd razetka-15 AZN, 2 ədəd ləpə qabı-10 AZN, 3 ədəd meyvə qabı-50 AZN, Çaynik, balıq qoymaq üçün qab, şotka, şpilka qabı, duz qabı, göyərti doğramaq üçün taxta, tualet təmizləmək üçün şotka, kruşka, palaz çırpan-50 AZN, Qrafinka (su qabı), güldan, kofe bişirən-qaşığı-50 AZN, Kəfkir-qaşıq naboru- 30 AZN, Manqal-şiş-40 AZN, Sokçəkən maşın-20 AZN, Təzyiq ölçən aparat, oyun latosu-20 AZN, 2 ədəd palto- 250 AZN, Pol şuba- 70 AZN, 2 ədəd kurtka -70 AZN, 3 ədəd pencək- 50 AZN, Plaş-30 AZN, 6 ədəd şalvar- 100 AZN, 11 ədəd platya (don)- 600 AZN, 5 dəst ev paltarı-150 AZN, 20 ədəd kofta -300 AZN, 8 ədəd çanta-180 AZN, 3 ədəd eynək-150 AZN, Bjuteriya, alt paltarı, naçnoy- 300 AZN, 15 ədəd papaq, şərf-150 AZN, 3 ədəd jilet-30 AZN, 6 ədəd sapaşki-200 AZN, 7 ədəd ayaqqabı-400 AZN, 8 ədəd (keta, pasanoşka)-150 AZN, 5 ədəd evdə geyinmək üçün şəpik- 70 AZN, Komplekt (750 əyarlı (boyunbağı, bilərzik, sırğa üzük))-2700 AZN dəyərində cehiz əmlakları, həmçinin iddiaçıya məxsus sənədlər- diplom (X2 Tibb Bacısı kursu), komputer kursundan aldığı sertifikat, doğum haqqında şəhadətnamə, ailə şəkilləri və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mebel dəsti-zal üçün stenka (qorka), kamot, televizor altlığı, stol, stul; yataq otağı üçün dəst- taxt, güzgülü tumba, stulu, 2 ədəd balaca tumba (Türkiyə istehsalı) - 6000 AZN, Künc divan, jurnal stolu-1500 AZN, 3 dəst pərdə (tül, qalın pərdə) - 800 AZN, 2 ədəd çılçıraq- 500 AZN, 3 ədəd xalça -600 AZN, Tək açılan kreslo-300 AZN, 3 dəst yorğan-döşək, (4 ədəd tük-6 ədəd sentifon) yastıq- 1000 AZN, Pakrval- 500 AZN, Qalın ədyal - 70 AZN, 2 ədəd Naçnik-40 AZN, 5 ədəd çexol dəsti-250 AZN, 3 ədəd süfrə- 45 AZN, Dəsmallar (15 ədəd (əl-üz, çay, can))-150 AZN, Obedniy serviz-150 AZN, 5 ədəd qənd qabı sadə-50 AZN, Pesok qabı naboru- 40 AZN, Padnus dəsti-80 AZN, 3 ədəd bagema-100 AZN, 3 ədəd çaşka dəsti-70 AZN, 4 ədəd bakal dəsti-80 AZN, 12 ədəd xrustal stəkan- 70 AZN, 12 ədəd armudu stəkan-30 AZN, 24 ədəd nəlbəki - 60 AZN, Bıçaq naboru- 35 AZN, Mikser - 20 AZN, Ət çəkən maşın- 200 AZN, Qoz çəkən maşın- 15 AZN, Paltar qabı, setkası- 30 AZN, Paltar sərilən- 50 AZN, Ütü ütüləyən-50 AZN, Çörək qabı, üçlü süzgəc (tyorka), tək jarovnik- 40 AZN, Ütü- 80 AZN, Bıçaqlar, tort kəsən-20 AZN, 12 ədəd Araq stəkanı- konyak stəkanı-30 AZN, 12 ədəd razetka-15 AZN, 2 ədəd ləpə qabı-10 AZN, 3 ədəd meyvə qabı-50 AZN, Çaynik, balıq qoymaq üçün qab, şotka, şpilka qabı, duz qabı, göyərti doğramaq üçün taxta, tualet təmizləmək üçün şotka, kruşka, palaz çırpan-50 AZN, Qrafinka (su qabı), güldan, kofe bişirən-qaşığı-50 AZN, Kəfkir-qaşıq naboru- 30 AZN, Manqal-şiş-40 AZN, Sokçəkən maşın-20 AZN, Təzyiq ölçən aparat, oyun latosu-20 AZN, 2 ədəd palto- 250 AZN, Pol şuba- 70 AZN, 2 ədəd kurtka -70 AZN, 3 ədəd pencək- 50 AZN, Plaş-30 AZN, 6 ədəd şalvar- 100 AZN, 11 ədəd platya (don)- 600 AZN, 5 dəst ev paltarı-150 AZN, 20 ədəd kofta -300 AZN, 8 ədəd çanta-180 AZN, 3 ədəd eynək-150 AZN, Bjuteriya, alt paltarı, naçnoy-300 AZN, 15 ədəd papaq, şərf-150 AZN, 3 ədəd jilet-30 AZN, 6 ədəd sapaşki-200 AZN, 7 ədəd ayaqqabı-400 AZN, 8 ədəd (keta, pasanoşka)-150 AZN, 5 ədəd evdə geyinmək üçün şəpik- 70 AZN dəyərində cehiz əmlakları, Komplekt (750 əyarlı (boyunbağı, bilərzik, sırğa üzük))-2700 AZN dəyərində qızıl-zinət əşyası, həmçinin iddiaçıya məxsus sənədlər- diplom (X1 Tibb Bacısı kursu), komputer kursundan aldığı sertifikat, doğum haqqında şəhadətnamə, ailə şəkilləri və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-88/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-88/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver