Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-885/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğluna qarşı pul və tikililərin bir hissəsinin ayrılması tələbinə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun cavabdeh İddiaçı qarşı yenidənqurma işlərinə xərclənən vəsait tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 27 iyul 2021 -ci il tarixdə cavabdehlərlə istifadə hüquqlarının alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilməmiş qalan 39 000 (otuz doqquz min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, avqust 2021-ci il tarixdən sentyabr 2022-ci il tarixədək olan müddət üçün ümumi torpaqdan istifadə ilə əlaqədar əldə edilmiş gəlir barədə müfəssəl hesabat sənədləri əsasında (gəlir və xərclər göstərilməklə) həmin dövr üçün əldə olunmuş qazancdan iddiaçıya düşən payın ödənilməsi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,653 ha. ölçüdə olan torpaq sahəsinin istifadə hüququ ilə iddiaçıya məxsus olan ¼ hissədə torpağın real bölgüsü əsasında alqı-satqı müqaviləsindən əvvəl həmin torpaq sahəsi üzərində aparılmış tikililər olan (mətbəxt,təsərrüfat otaqları və s.) hissəsinin iddiaçıya ayrılması, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 208 (iki yüz səkkiz) manat dövlət rüsumunun, etibarnamənin verilməsinə 17,5 (on yeddi manat əlli qəpik) və vəkilin hüququ yardımına görə ödənilmiş 501 (beş yüz bir )manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, məhkəməyə ödənilməli olan dövlət rüsumunun kəsirinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlu qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “Liman” istirahət mərkəzində iddiaçılar tərəfindən aparılmış mövcud tikililərdə əsaslı təmir işlərinə, yeni tikililərin inşasına və kommunikasiya xətlərinin çəkilməsinə sərf edilmiş 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsaitin cavabdeh İddiaçı payına uyğun hissəsinin – yəni, 50000 (əlli min) ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı- qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasına, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı- qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki iş materiallarından görünür ki, iddia ərizəsinə 208 manat, qarşılıqlı iddia ərizəsinə 240,40 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı- qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, həmin iddiaya görə xx.xx.2022-ci il tarixdə ödənilmiş 208 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalı, cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 vəsatəti ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmalı, həmin iddiaya görə xx.xx.2023-cü il tarixdə ödənilmiş 240 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğluna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğluna qarşı pul və tikililərin bir hissəsinin ayrılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı xx.xx.2022-ci il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsi ilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödəmiş olduğu 208 manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun cavabdeh İddiaçı qarşı yenidənqurma işlərinə xərclənən vəsait tələbinə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yasəf oğlunun nümayəndələri Vəkil tərəfindən “Hökumət Ödəniş portalı” vasitəsilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödəmiş olduğu 240 manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-885/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-885/2023
11.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver