Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8879/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini nəzərdə keçirib, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 25.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 472 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin çıxarılması haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Belə ki, kreditor "xxxx" MMC cavabdeh Borclu qarşı məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir, lakin kreditor "xxxx" MMC Mülki Prosessual Məcəllə ilə müəyyən olunan forma və məzmuna düzgün əməl etməmişdir. Ərizəyə əlavə olunmuş müqavilə və digər sənədlərə əsasən müəyyən edilir ki, məhkəmə əmrinin verilməsi tələb olunan əşya ilə alqı-satqı predmeti olan əşlar fərqli olmaqla, tələb olunan məbləğ uyğunluq təşkil etmir. Bundan əlavə məhkəməyə təqdim olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzin (Nəsimi Rayon Məhkəməsinə ödənilmiş) təyinatı düzgün deyil. Həmin məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-8879/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8879/2021
18.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver