Məhkəmə qərarları › İş №2(060)-8891/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8891/2021

15.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8891/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı Babayev Adı̇ l Vələdəmı̇ r oğlunun Cavabdeh Valadəmı̇ r oğlu, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsini və sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Babayev Adı̇ l Vələdəmı̇ r oğlu Cavabdeh Valadəmı̇ r oğlu, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qardaşı-iddaçı İddiaçı qeydiyyatdan çıxarmasına görə Sumqayıt şəhəri 3-cü Dövlət Notariat Kontorunda 9 iyun 2011-ci il tarixli “Bağışlanma Müqavilə”-sinin ləğv olunandan sonra öz mülkünün ünvan 1 ünvanlı evin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, iddiaçı Babayev Adı̇ l Vələdəmı̇ r oğlu idda ərizəsində Cavabdeh Valadəmı̇ r oğlu ilə yanaşı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 da maraqlı şəxs qismində göstərmiş, lakin onlara qarşı hansı tələbi irəli sürdüyünü və iddianın predmetini göstərməmişdir. Ümumiyyətlə iddiaçı iddia ərizəsində tələbini aydın göstərməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2ci maddəsinə görə, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı isə iddia ərizəsində qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmişdir. Bundan başqa iddia icratı qaydasında üçüncü şəxslər kimi göstərilməli olduğu halda, iddiaçı iddia ərizəsində Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində göstərmişdir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İddia ərizəsinə əlavə edilmiş qəbzdən isə görünür ki, iddiaçı 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Babayev Adı̇ l Vələdəmı̇ r oğlunun Cavabdeh Valadəmı̇ r oğlu, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar