Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-895/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə 21 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat kontorunda Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasında yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus torpaq sahəsini sataraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, 88 saylı mənzili onun üçün almışdır. Həmin mənzil 2008-ci ildə etibarnamə əsasında alınmışdır. Mənzilin pulunu özü ödəsə də, etibarnamə bacısı X4 verilmişdir. Səbəbi isə o idi ki, əgər etibarnamə onun adına verilsəydi, sonradan həmin mənzili öz adına keçirə bilməyəcəkdi. 12.02.2013-cü il tarixdə o, bacısı (Aynurənin anası) ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ondan xahiş etmişdirlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. Bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək, öz borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmişdir. 17.06.2014-cü il tarixdə o, bacısı qızı Cavabdeh ilə Sumqayıt şəhəri, 6cı mikrorayon, ev 27, 88 saylı mənzili formal olaraq alqı-satqı etmişdirlər. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Hesab edir ki, cavabdehlə aralarındakı alqı-satqı müqaviləsinə onun hərfi mənasında deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Alqı-satqı müqaviləsi formal olaraq, yəni başqa əqdin həyata keçirilməsi üçün bağlanmışdır. Belə ki, o, cavabdehin bankdan girov götürmək məqsədi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin bunun müqabilində ona pul verilməmiş, mənzil cavabdehə təhvil verilməmişdir. Eləcə də, onunla cavabdeh arasında 17.06.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanandan sonra, yəni 15.07.2014-cü il tarixdə cavabdeh bankdan kredit götürmüş, o, zamin durmuş və mübahisəli mənzil ipotekaya qoyulmuşdur. Bundan başqa alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq o, indiyədək həmin mənzildə yaşayır. "xxxx" MMC-nin 03 iyul 2019-cu il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il tarixə bazar dəyəri 60.000 manat təşkil etmişdir. "xxxx" ASC-nın Sumqayıt filialı ilə bağlanmış 15.07.2014-cü il tarixli kredit, eyni tarixli zaminlik və ipoteka müqavilələri, “S-Əmlak” qiymətləndirmə mərkəzinin 03.07.2019cu il tarixli məktubu ilə əsasən tərəflər arasında alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanması sübuta yetirilir. Cavabdehin nümayəndəsi X6 məhkəmədə öz izahatında aşağıdakıları bildirmişdir: ” Qarşılıqlı iddia ərizəsində göstərilənlər tam əsassızdır. Belə ki, iddiaçı onun qızı, cavabdeh isə bacısıdır. İddiaçının atası ilə onun arasında olan nikah pozulmuşdur. Bundan sonra iddiaçıya atası tərəfindən Sumqayıt şəhərində bir otaqlı mənzil verilmişdir. Onun hazırda Rusiya Federasiyasında yaşayan qardaşının problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq qardaşının problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq qardaşı da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir”. Onun qardaşı cavabdehin dayısı X12 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, “məhkəmə prosesində şəxsən iştirak edib ifadə vermək istəyirdi, lakin hazırkı məlum hadisələrlə əlaqədar olaraq mümkün deyildir. Cavabdeh və X6 bacısı İddiaçınm mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. Cavabdeh iddia edir ki, guya əvvəllər özünə məxsus olmuş bir otaqlı mənzilini dayısının problemlərinin həll olunması üçün satılmışdır. O, bu faktı tamamilə təkzib edir. 1986-cı ildən 2018-ci ilə kimi ona maddi dəstəyi vardır və bu hallar ödəmə sistemləri ilə öz təsdiqini tapır. Cavabdeh vətəndaşları aldadıb borc götürdüyünü və geri qaytarmadığı barədə ayrı-ayrı şəxslər tərəfindən telefonla zəng edib məlumat verilmişdir. Bir daha qeyd edir ki, mübahisəli mənzil bacısı İddiaçı məxsusdur.” Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında ona təklif edilməsinə baxmayaraq əvvəllər özünə məxsus olmuş bir otaqlı mənzilin hansı ünvanda yerləşməsi, mənzilin neçə kvadratmetr sahədən ibarət olması, mənzilin nə vaxt alınması və satılması, həmin mənzilin məhz dayısının problemlərinin həll olunması üçün satılması və həmin vaxt dayısına nə qədər pul vəsaitinin verilməsi faktlarını təstiq edən, ilk iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına əsasən pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Lakin həmin hallar 600 manat məbləğində formal olaraq həyata keçirilmişdir. Həmin pulları bu məsələnin həll edilməsinə formal olaraq Allahverdiyev Sabir həyata keçirmişdir. Alqı-satqı üçün alıcı tərəfındən satıcıya heç bir ödəniş edilməmişdir. Belə ki, həmin formal alqı-satqı müqaviləsi cavabdehin bankdan kredit götürülməsi naminə edilirdi. AR Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. AR Mülki Məcəllənin 421.3.-ci maddəsinə əsaən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafıq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsini 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitysiyasından, qanunlarından və digər normativ aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. AR Mülki Məcəlləsinin 4.1- ci maddəsinə əsasən bütün fıziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, o, əvvəllər qardaşları ilə Rusiyada yaşamışdır. Bacısının borcları çox olmuş, onlar öz evlərini satıb borclarını ödəməyə çalışmışlar. Bacısı ona 80 min manat məbləğində borcunun olduğunu bildirmişdir, lakin 2 evi satsa da ödəyə bilməmişdir. O əvvəllər Rusiya vətəndaşı olduğundan evi öz adına ala bilməmişdir. Sonradan mənzili öz adına keçirtmişdir. Daha sonra bacısı Nailə Mahmudova borclarını ödəmək üçün ondan evini ipoteka qoyaraq pul götürməsini xahiş etmişdir. Bundan başqa bacısı onun işləmədiyini vurğulayaraq evi qızı Aynurun adına keçirməyi təklif etmişdir. O, da bacısına inandığından və ona kömək etmək məqsədilə evi onun adına ipotekaya qoymağa razı olmuşdur. Evin 5 illik müddətə banka ipotekaya qoyulması nəticəsində bankdan 17500 manat məbləğində pul götürmüşlər. Aylıq ödəniş 580 manat olmuş, cavabdeh banka il yarım ödənişlər etmiş, lakin daha sonra isə ödəməmişdir. Ödənişləri o etmişdir, bununla bağlı onda çeklər də var. Əlavə olaraq bildirir ki, ipoteka ilə bağlı ev alqı-satqısı ilə məşğul olan Allahverdiyev Sabir adlı şəxsə yaxınlaşmışdır. Sabiri həm o, həm də Nailə tanımışdır. Evi Nailənin adına etibarnamə ilə almışdır. Sabir sənədləri hazırlamış, evi Aynurənin adına keçirmişlər. Sənədlərlə Sabir məşğul olmuş, onlar sadəcə imzalamışdırlar. Sabir banka Aynurənin adından 25 min manat məbləğində pul qoyub çıxartmışdır. Ödəniş bitdikdə bankın nümayəndəsi əlaqə saxlayaraq sənədləri götürülməsini bildirmişdir. O, banka getdikdə isə sənədləri Aynurənin götürə biləcəyini demişdilər. Bacısı Nailə isə sənədləri ona verməmişdir. Qardaşı buradan getdikdən sonra cavabdeh onu məhkəməyə verərək 4 il süründürmüş, özü məhkəmə iclaslarında iştirak etməmişdir. Hər kəs evin ona məxsus olduğunu bilir, lakin o bunu sübut edə bilmir. Sözügedən mənzil ünvan 1 ünvanındadır. 2008-ci ildən etibarən orada yaşayır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Aİi Məhkəmənin 2(102)-5606/2021 saylı, 12.10.2021-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür. Belə ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlamışdır. İddiaçı hazırkı qarşılıqlı iddia ilə məhkəməyə 11 yanvar 2019-cu ildə müraciət etmiş, bununla da alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. AR Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; iddia müddətinin şamil edilmədiyi tələblərdir. Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət edənədək qəbul edilmiş qətnamə və qərarlar bunlardır: 1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 517/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi 2.Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2822/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsi 3. Ali Məhkəmənin 2(102)- 69/2020 saylı, 11.02.2020-ci il tarixli qərarı 4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1750/2020 saylı, 24.07.2020-ci il tarixli qətnaməsi 5. Ali Məhkəmənin 2(102)-471/2021 saylı, 08.02.2021-ci il tarixli qərarı 6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1480/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsi 7. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1480/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadı 8. Ali Məhkəmənin 2(102)- 5606/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı. İddiaçı iddia tələbində haqlıdır. Aşağıdakı hallara diqqət yetirilməsi kifayətdir. 17.06.2014-cü il tarixdə İddiaçı bacısı qızı Cavabdeh ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, 88 saylı “mənzilini alqı-satqı etmişlər”. Alqısatqı isə həyata keçirilməmişdir. Alqı-satqı zamanı mənzilin dəyəri 25.000 manat göstərilmişdir. "xxxx" MMC-nin 03 iyul 2019-cu il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il tarixə bazar dəyəri 60.000 manat təşkil etmişdir. 25 min manata, otuz min manata Sumqayıt şəhərində bir otaqlı mənzil yoxdur, nəinki 6-cı mikrorayon ərazisində bir neçə otaqlı mənzil 25 min manata satıla bilməz. Alqı-satqı müqaviləsindən sonra tərəflər "xxxx" ASC-nin Sumqayıt fılialı arasında bağlanmış 15.07.2014-cü il tarixli kredit, eyni tarixli zaminlik və ipoteka müqavilələri var. Aşkar görünür ki, cavabdehin etimaddan, hüquqdan sui-istifadə etməklə aldatmaqla əlavə maddi vəsait (bank borclarını bağlamaqla) və əsassız varlanmaqla əmlak əldə etmişdir. Hesab edir ki, iddiaçının müraciətlərinin rədd edilməsi tərəflərdən birinə üstünlük verilərək “qanun qarşısında bərabər olma”, "ədalətli olma”, "həqiqəti müəyyən etmə” prinsiplərinin pozulması və bununla iddiaçının ağırlaşmış vəziyyətinin daha ağırlaşmasına səbəb olub. Həmçinin cavabdeh həmişə iddia etmişdir ki, mənzil onun anası Nailə üçün alınıb. Belə olan halda alqı-satqı müqaviləsi üçün pul ödənilməməsi də təbiidir. Hələ üstəlik cavabdehin kredit üzrə öhdəliklərini də iddiaçı ödəmişdir. Şirin bacı münasibətləri əsasında mübahisəli mənzil Cavabdeh sərəncamına keçmiş, qısa vaxtda bankdan kredit götürməsi, İddiaçı həmin kreditə zamin durması, kreditin onun tərəfindən bağlanması ilə nəticələnib. Lakin alıcı Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, 88 saylı mənzilin alqı-satqısı öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə prosesində şahid (makler) X3 göstərilən 25.000 manatı depozit hesabına o qoyub və o da götürüb. Maraqlıdır ki, mənzilə istifadə hüququnun itirilməsi barədə ilkin, alqı-satqının etibarsız sayılması barədə qaşılıqlı iddia üzrə iddia tələbinə dair işlərdə cavabdeh həmin halı inkar etməmişdir. AR Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsində qeyd olunmuşdur: “Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilərinə etiraz edərək izahatında göstərmişdir ki, həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Daha sonra iddiaçının nümayəndəsi mübahisəli mənzili onun aldığını, sadəcə olaraq bacısının adına rəsmiləşdirdiyini, sonra isə həmin mənzili qızının adına rəsmiləşdirmək məqsədilə cavabdehlə alqı-satqı müqaviləsi bağladığını bildirmişdir. Belə ki, onun borcu var idi, ev də onun idi. Borcunu ödəmək üçün evi qızının adına keçirərək banka girov qoyub pul götürmüş və sonra da ödəmişdir. Eləcə də, qeyd etmişdir ki, həmin mənzilin alqı-satqısı üçün cavabdehə pul verilməmişdir. Həmin mənzilin alqı-satqısına dair pulu depozitə o qoymuş və özü də götürmüşdür, cavabdeh isə qəbzi imzalamışdır. Sonda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi X6 2014-cü ildən bu günə qədər Sevilin o evdə yaşadığını, iki ildir ki, mənzildən çıxmasını dediyini, amma onun buna əməl etmədiyini bildirmişdir.” Mübahisələndirilən evin formal alqı-satqı və banka girov qoymaq prosesində iştirak edən X3 yazılı ərizəsində qeyd etmişdir ki, göstərilən 25.000 manatı depozit hesabına o qoyub və o da götürüb, Cavabdeh onun da iştirak etdiyi alqı-satqı prosesində bankın depozit hesabına heç bir ödəniş etməmişdir. Azərbaycan Respublilkasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına əsasən pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Lakin həmin hallar 600 manat məbləğində formal olaraq həyata keçirilmişdir. Həmin pulları məsələnin həll edilməsinə formal olaraq Allahverdiyev Sabir həyata keçirmişdir. Alqı-satqı üçün alıcı tərəfindən satıcıya heç bir ödəniş edilməmişdir. Belə ki, həmin formal alqı-satqı müqaviləsi cavabdehin bankdan kredit götürülməsi naminə edilirdi. İddiaçı bacısı Nailə Mahmudova ilə formal olaraq alqı-satqı etmişdir. Bacısı qızı Cavabdeh və bacısı X6 borca düşdüklərindən ondan xahiş etmişlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yandığından evin banka girov qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. Bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək, öz borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmiş, 17.06.2014-cü il tarixdə İddiaçı bacısı qızı Cavabdeh ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, 88 saylı mənzili formal olaraq alqısatqı etmişdirlər. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinə onun hərfi mənasında deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Alqı-satqı müqaviləsi formal olaraq, yəni başqa əqdin həyata keçirilməsi üçün bağlanmışdır. Belə ki, İddiaçı cavabdehin bankdan girov götürmək məqsədilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin bunun müqabilində ona pul verilməmiş, mənzil cavabdehə təhvil verilməmişdir. Eləcə də, onlar arasında 17.06.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanandan sonra, yəni 15.07.2014-cü il tarixdə cavabdeh bankdan kredit götürmüş, İddiaçı zamin durmuş və mübahisəli mənzil ipoteka qoyulmuşdur. Bundan başqa alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq iddiaçı - İddiaçı həmin mənzildə yaşamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)- 2822/2019 saylı qətnaməsində qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi X6 məhkəmədə öz izahatında aşağıdakıları bildirmişdir: “Qarşılıqlı iddia ərizəsində göstərilənlər tam əsassızdır. Belə ki, iddiaçı mənim qızım, cavabdeh isə bacımdır. İddiaçının atası ilə mənim aramda olan nikah pozulmuşdur. Bundan sonra iddiaçıya atası tərəfindən Sumqayıt şəhərində bir otaqlı mənzil verilmişdir. Mənim hazırda Rusiya Federasiyasında yaşayan qardaşımın problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq qardaşımın problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq qardaşım da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Koİİegiyasının 24.07.2020-ci il tarixli, 2(105)-1750/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, ilk iddiaçının dayısı, cavabdehin qardaşı X12 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, məhkəmə prosesində şəxsən iştirak edib ifadə vermək istəyirdi, lakin hazırkı məlum hadisələrlə əlaqədar olaraq mümkün deyildir. Cavabdeh və X6 bacısı İddiaçı mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. Cavabdeh iddia edir ki, guya əvəllər özünə məxsus olmuş bir otaqlı mənzilini dayısının problemlərinin həll olunması üçün satmışdır. O, bu faktı tamamilə təkzib edir. 1986-cı ildən 2018-ci ilə kimi ona maddi dəstəyi vardır və bu hallar ödəmə sistemləri ilə öz təsdiqini tapır. Cavabdeh vətəndaşları aldadıb borc götürdüyünü və geri qaytarmadığı barədə ayrı-ayrı şəxslər tərəfındən telefonla zəng edib məlumat verilmişdir. Bir daha qeyd edir ki, mübahisəli mənzil bacısı İddiaçı məxsusdur.” İlk iddia üzrə iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında ona təklif edilməsinə baxmayaraq əvvəllər özünə məxsus olmuş bir otaqlı mənzilin hansı ünvanda yerləşməsi, mənzilin neçə kvadratmetr sahədən ibarət olması, mənzilin nə vaxt alınması və satılması, həmin mənzilin məhz dayısının problemlərinin həll olunması üçün satılması və həmin vaxt dayısına nə qədər pul vəsaitinin verilməsi faktlarını təsdiq edən, ilk iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.” Bundan əlavə şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, iddiaçının xalası, cavabdehin isə bacısıdır. Onun Rusiya Federasiyasında yaşayan qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə almışdır. Aynurənin özü və anası borca düşdüklərindən Sevilə demişlər ki, evi banka girov qoyub pul götürsünlər. Sevil də evin banka girova qoyulmasına razılıq vermişdir. Lakin bankdan kredit götürüləndən sonra da iddiaçı banka olan borcunu ödəməmişdir. İddiaçının yerinə isə həmin borcun bir hissəsini Sevil, bir hissəsini isə Rusiya Federasiyasında yaşayan qardaşı ödəmişdir. Hazırkı iddia ilə bağlı iş üzrə məhkəmə prosesində Cavabdeh 34 yaşı olduğundan, otuz iki il qardaşı, cavabdehin dayısı ( iddiaçı və şahidin qardaşı) Qabil saxlayıb. Aynurə ev üçün pul sərf etməyib. Sabir pulu qoyub və özü də götürüb. X2 da ifadəsində göstərmişdir ki, onun Rusiya Federasiyasında yaşayan qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə almışdır. Mübahisənin bu vəziyyətə gəlib çıxması iddiaçının borcunu bağlaması üçün bankdan pul götürməsi olmuşdur. Mübahisə ilə bağlı qardaşı Aynurəyə evin qaytarılmasını bildirsə də, iddiaçı buna əməl etməmişdir. X2 ifadəsində göstərmişdir ki, Aynurənin anasının hamıya borcu var idi. 35.000 (otuz beş min) manat bir idi, 50.000 (əlli min) manatdan yuxarı idi. 3.000 (üç min) manat borc götürüb ona vermiş, qaytarmamışdır, qızıllarını da vermiş, qaytarmamışdır. Bütün bunları ancaq ona kömək naminə etmişlər. Ev Sevilin olsa da, Nailəyə nə qədər desələr də, demişdir ki, verməyəcək. Mübahisələndirilən evin formal alqı-satqı və banka girov qoymaq prosesində iştirak edən X3 yazılı ərizəsində qeyd etmişdir ki, göstərilən 25.000 manatı depozit hesabına o qoyub və o da götürüb, Cavabdeh onun da iştirak etdiyi alqı-satqı prosesində bankın depozit hesabına heç bir ödəniş etməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1480/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, mübahisəli mənzilin onun vəsaiti hesabına alınmış X9 məhkəmədə verdiyi şahid ifadəsindən məlum olur ki, mübahisəli mənzil İddiaçı üçün onun vəsaiti hesabına alınmışdır. İşdən göründüyü kimi tərəflər mənzilin iddiaçının qardaşının vəsaiti hesabına alınmasını təsdiq edirlər. Qeyd olunduğu kimi Qabil Zairov məhkəmədə mənzili İddiaçı üçün aldığını bildirmişdir. Digər şahidlər də eyni məzmunlu ifadə vermişlər. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır, iddianı qəbul etmir. İddiaçının qeyd etdiyi faktlar indiyə kimi baş tutan məhkəmə iclaslarında kifayət qədər araşdırılmışdır. Qeyd edilənlərə əsasən vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə qoyulmuş bütün hallara eyni tərəflər arasında baş tutmuş, başqa bir məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.10.2021-ci il tarixli 2( 102)-5606/2021 saylı qərarı ilə hüquqi qiymət verilmişdir. Həmin qərara əsasən hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin qanuniliyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə ştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlarla yanaşı bildirilir ki, hazırki iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın alqı-satqısına dair müqavilə 17 iyun 2014-cü il tarixdə bağlanmış və iddiaçı həmin müqavilənin bağlanması tarixindən 8 il sonra heç bir qanuni əsas olmadan müqavilənin ləğvini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilənlərə əsasən vəkil, Azərbaycan Respunblikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin hazırkı iddia üzrə tətbiq edilməsini və İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” haqqında iddia tələbinin digər əsaslarla yanaşı iddia müddətinin keçməsinə görə də təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, 2007-2008-ci illərdən etibarən iddiaçını tanıyır. Belə ki, o, Sumqayıt şəhərində alqı-satqı işləri ilə məşğul olur. Onun nömrəsi Sevildə olmuşdur. Həmin vaxtdan o, öz nömrəsini dəyişməmişdir. 2014-cü ildə Sevil evini bacısının adına keçirmək istədiyini bildirmişdir. Tərəflər ona pulları olmadığını, evi Aynurənin adına keçirmək üçün pul qoymaq lazım olduğunu bildirmişlər. Şüşənin arxasında pulu saymış, banka qoymuş və yarım saat sonra ev Aynurənin adına keçmişdir. O, şəxsən özü 25 min manat məbləğində pulu qoymuş, sonra geri götürmüşdür. Bu işi müəyyən hörmət müqabilində etmişdir. O, ancaq evə dair alqı-satqı prosesində iştirak etmişdir, digər məsələlərdən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, iddiaçı onun bacısıdır. Digər bacısı Nailə Sevili borclarına görə aldatmışdır. Belə ki, bacısı Nailə evlərini təmir etmiş, həmin ev 2 otaqlı mənzil olmuşdur. Borc bu səbəbdən yaranmışdır. Belə ki, əvvəl bacısının və Aynurənin 5 min manat borcu olmuşdur, daha sonra ev üçün bahalı əşyalar götürdüklərindən təxminən 50 min manat məbləğində borcu yaranmışdır. Bu hadisələr baş verəndə o, Yardımlıda olmuşdur. Bacısı onun da qızıllarını istəmişdir və o, bacısına sep, qaşsız komplekt və 3000 manat pul vermişdir. Bacısı və qızı Aynurə onun verdiyi qızılları qaytaracaqlarını bildirsələr də, qaytarmamışlar. O, müalicə almaq üçün Bakıya gəlmiş və bir dəfə bacıları Sevil və Nailə arasında olan bu evlə bağlı söhbətlərinə şahid olmuş, həmin vaxt Nailə evi verməyəcəyini bildirmişdir. Daha sonra isə məsələnin məhkəməyə verildiyini öyrənmişdir. Ü.Zairova onu da bildirdi ki, o, həmin evə dair alqı-satqı prosesində iştirak etməmişdir. Daha sonra borcla əlaqədar mübahisəli mənzil banka ipotekaya qoyulmuşdur. Əvvəllər Nailə ödəniş etsə də, sonradan ödəniş etməmiş, Sevil ödəniş etmişdir, onun ödəməyə gücü çatmayanda isə qardaşı ona kömək etmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, Nailə Sevilə bu evlə bağlı pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, iddiaçı bacısı, cavabdeh isə bacısı qızıdır. O Sevilin böyük bacısıdır. Sözügedən evi Sevilə qardaşı almışdır. Aynurə evlənəndə yoldaşına evi olduğunu bildirmişdir. X19 borclarına görə evi ipotekaya qoymasını xahiş etmiş, lakin Sevilin dövlət işində işləmədiyinə görə ipotekaya evi qoya bilməyəcəyini bildirmişdir. Bundan sonra bacısı Sevil evi bacısı qızı Aynurənin adına keçirmişdir. Alqı-satqı prosesində o, iştirak etməmişdir. Hər ikisi bacısıdır. Bacısı qızını da o, böyütmüşdür. Bacılarına inanır, hətta bir dəfə Nailənin özü etiraf etmişdir ki, o, heç vaxt Aynurənin “ev mənimdir” deyəcəyini düşünməmişdir. N.Zahirova əlavə olaraq bildirdi ki, bu mübahisələrlə bağlı bütün məhkəmə proseslərində eyni izahatları vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, hər iki tərəfi tanıyır. O, Sevili 2000-ci ildən tanıyır, Aynurəni də 3-4 il sonra Sevilin yanında görüb tanımışdır. Sevil onun mağazasında işləmişdir. Aynurə da onun bacısı qızıdır. Hətta Aynurənin qardaşı da onunla işləmiş, sənət öyrənmişdir. Aynurə onu aldatmasa da, başqa şəxslərə borcu olduğundan xəbəri olmuşdur. Həmin vaxt o, Aynurənin borcu olduğunu və pul lazım olduğunu bilmişdir. Sevil birinci ondan kömək üçün pul istəmişdir. O, Sevilə pul verməyəcəyini, hətta onun da borc kimi pul verməsini tövsiyə etmədiyini bildirmişdir. Çünki o, Aynurəgilin dələduz olduqlarını düşünmüşdür. Sevil isə onlara inanaraq evini banka ipotekaya qoymuşdur. Aynurəgil heç banka olan borcu ödəməmiş, Sevilin özü həmin pulu ödəmişdir. Evin alq-satqı prosesində iştirak etməmişdir, ancaq məsələ ilə bağlı məlumatı var. Aynurə özü də deyir ki, ev onun deyil, amma borcu çoxdur. Bununla bağlı səs yazıları da mövcuddur. Belə ki, həmin telefon danışıqlarını flaşkarta o köçürmüşdür və söhbətlərə qulaq asmışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə edilmiş 17.06.2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzilini 25000 manata İddiaçı qızından almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı 02.04.2017-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(060)-517/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon., 27 saylı evin, 88 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon, 27 saylı evin, 88 nömrəli mənzilindən çıxarılması, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə" dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2822/2019 nömrəli iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat kontorunda Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cii il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 19.06.2014-cü il tarixli, seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli, 2(102)-659/2020 saylı qərarından görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1750/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(060)-517/2019 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etıbarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli 4-Ə N» ilə Reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına qeydiyyata alınmış 19 iyun 2014-cü il tarixli, seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.02.2021-ci il tarixli, 2(102)-471/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1750/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.10.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarından görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 03 iyul 2019-cu il tarixli rəyindən görünür ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il tarixə bazar dəyəri 60.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra İdarəsinin 13 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517 saylı, 08.04.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzilinin alqı-satqısı barədə 17.06.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı iddia tələbinin əsası kimi ilk növbədə mübahisəli mənzilin dəyərinin Cavabdeh tərəfindən ona ödənilməməsinə istinad edir. İddiaçı bu halı təsdiq etmək üçün məhkəməyə şahid ifadəsi (X3) təqdim etmişdir. Şahid ifadəsində bildirmişdir ki, mənzilin dəyəri olan 25000 manat pulu alqı-satqı zamanı o banka qoymuş, sonra götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.10.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarının məzmununda qeyd edilmişdir ki, məhkəmələrin sorğusu əsasında notariusun göndərdiyi və işə əlavə olunmuş çek kötüyünün surətindən görünür ki, əmlaka görə ödənilən pulu özü təsdiq etməsə də İddiaçı şəxsən götürmüşdür. Məhkəmə hesab edir ki, şahid X1 ifadəsi başqa sübutlarla təsdiqlənmədiyindən onun ifadəsi əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçı mənzilin dəyərinin ona ödənilməməsi, yəni müqavilə şərtinin cavabdeh tərəfindən icra edilməməsi əsası ilə mübahisələndirilən müqavilənin ləğvini tələb etməkdə haqlı deyildir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzilin dəyərini ödəmədiyi qəbul edilsə belə (mötəbər sübutlarla təsdiq olunduğu halda), bu hal müqavilənin ləğvinə əsas ola bilməz. Belə ki, İddiaçı özü də 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin mənzilin cavabdehə təhvil verilməsi barədə şərtini icra etməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517 saylı, 08.04.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra məmurları tərəfindən tərtib olunmuş aktdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 saylı mənzili icra qaydasında 13.04.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi mübahisəli mənzil yalnız İddiaçı Sumqayıt şəhəri, 6 mikrorayon, 27 saylı evin, 88 nömrəli mənzilindən çıxarılması barədə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra, qətnamənin icrası ilə əlaqədar 13 aprel 2022-ci il tarixdə, müqavilənin bağlanmasından 8 il sonra məhkəmə yolu ilə İddiaçı alınaraq Cavabdeh təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi digər əsaslar – müqavilənin yalnız görünüş üçün, formal olaraq bağlanması, tərəflərin həqiqi niyyətinin fərqli olması müqavilənin ləğv edilməsi üçün deyil, onun etibarsız hesab edilməsi üçün əsas ola bilər. İddiaçı isə 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlılığını məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə mübahisələndirmiş, onun iddiası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.10.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarına əsasən qanuni qüvvəsini almışdır. AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar (iddiaçının bacılarının şahid ifadələri, cavabdehin səs yazıları, mənzilin qiymətləndirilməsi ilə bağlı rəy və s.) müqavilənin etibarsızlığı ilə bağlı yuxarıda qeyd edilən məhkəmə icraatı zamanı araşdırılmış və onlara müvafiq hüquqi qiymət verilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.10.2021-ci il tarixli, 2(102)-5606/2021 saylı qərarından görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlamışdır. İddiaçı isə 11.01.2019cu il tarixdə müqavilənin etibarsızlığı barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsini cavabdehlə arasında mübahisəli münasibətlər başlayan vaxtdan (2017-ci il) müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötmədən (11.01.2019-cu il tarixdə) bu və ya digər formada mübahisələndirdiyindən, sözügedən məhkəmə mübahisəsi isə 12.10.2021-ci il tarixdə yekunlaşdığından hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-895/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-895/2022
21.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver