Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-943/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nuriyeva X4 Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan övladı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının (başqa gəlirlərin) 4/1 hissəsi miqdarında alimentin tutulması və uşağın 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində aliment tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2019-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Hal-hazırda onlar bir birini başa düşmürlər. Cavabdeh ailə başçısı olaraq ailənin maddi durumuna biganə yanaşır. Cavabdeh, üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmir və uşağın saxlanmasından boyun qaçırır. Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İzotop” Xüsusi Kombinatında işləyir və müntəzəm qazanc əldə edir. İddiaçı azyaşlı övladı ilə birlikdə anasıgildə qalır. Övladının saxlanması onun üçün çətinlik çəkir. Ona görə də məhkəmədən cavabdehin işləməsini nəzərə alaraq onun qazancının 1/4 hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh oğlundan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancın (başqa gəlirlərin) 4/1 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirdi ki, iddia tələbini qismən qəbul edir, birgə nikahdan olan övladı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının 4/1 hissəsi miqdarında alimentin tutulmasına razıdır, lakin iddia tələbinin uşağın 3 yaşına çatanadək 100 manat sabit pul məbləğinin tutulması hissəsinə etiraz edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Səadət sarayı Bakı nikah evinin verdiyi nikah şəhadətnamənin notarial surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 387 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Nuriyeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladı vardır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İzotop” Xüsusi Kombinatının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh orada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İzotop” X1 tullantıların toplanması, daşınması,yenidən işlənməsi, saxlanılması və basdırılması mərkəzinin toplanması, yenidən işlənilməsi və saxlanması blokunun radioaktiv şüalanma mənbələrinin qəbulçusu vəzifəsində işləyir və son bir ildə onun orta əmək haqqı 951 manat məbləğində hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamış, bu ittifaqdan xx.xx.2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh işləyir və aylıq əmək haqqısı 951 manatdır. İddiaçı işləmir, evdar qadındır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir ) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi dərhal icra olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-943/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-943/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver