Məhkəmə qərarları › İş №2(060)-985/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-985/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-985/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə X1 Cavabdeh qarşı uşağın atanın razılığı olmadan Azərbaycan Respublikasından xarici ölkələrə gedib-gəlməsinə məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icazəsi olmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək onunla Azərbaycan Respublikasının hüdudlarını tərk edib qayıtmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 adlı bir övladları olmuşdur. Altı aylıq hamilə olarkən cavabdeh onu anasıgilə qoyaraq çıxıb getmişdir. O gündən bir dəfə də olsa nə onunla, nə də uşağı ilə maraqlanmamışdır. Uşaq doğulanda belə uşağı doğum evindən çıxartmağa gəlməmiş, xəstəxana xərcləri və uşağa lazım olan maddi, mənəvi təlabatları ilə maraqlanmamışdır. Onun iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8156/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hələ nikahlarının pozulmasından əvvəl də münasibətləri kəskinləşmiş, nikahlarıının ləğvindən sonra da cavabdehlə heç bir ünsiyyəti olmamışdır. Cavabdehi uşaq və onun maddi və mənəvi durumu qətiyyən maraqlandırmamışdır. Bir sözlə, cavabdeh valideynlik məsuliyyətini dərk etməmiş, valideynlik borcunu yerinə yetirməmiş və uşaqla ünsiyyətdə olmağa heç bir cəhd göstərməmişdir. Uşaq onu faktiki olaraq ata kimi tanımır. Hal-hazırda Cavabdeh uşağın bioloji atası olsa da uşaqla bağlı valideynlik hüquqlarını həyata keçirmir. Uşağının təkbaşına qayğısına qalır, onu yaxşı böyütmək, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş kimi formalaşdırmaqdan ötrü əlindən gələni edir. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində, ümumi işlər və maliyyə-təsərrüfat sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyir. İşlə əlaqədar olaraq xarici ölkələrə getməli olur. Atasının razılığı olmadan bu mümkün deyildir. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh etibarnamə verməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Tərələrin birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X7 adlı bir uşaqları var. (iş materiallrına əlavə olunmuş AZ-İİİ 493037 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 8156/2015 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X6 arasında Sumqayıt Şəhər qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış, 931 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana qədər anası X3 yanında qalması, xx xxxx 2015-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 108 (yüz səkkiz) manat alimentin Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli, 302 nömrəli rəyindən görünür ki, Komissiya tərəflər arasında olan mübahisəyə görə xx.xx.2015-ci il təvəllüdlü X4 hüquqlarının məhdudlaşdırılmasını yolverilməz hesab etmiş və uşaqların mənafeyi nəzərə alınmaqla məsələnin həllini məhkəmənin mülahizəsinə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmuş, rəsmi nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflərin nikahına məhkəmə qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X7 anası X3 himayəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına görə ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır (6.2). Valideynlər öz uşaqları barəsində bərabər hüquq 2 və vəzifələrə malikdirlər (56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (58.2). Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, qanunverici 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxlər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 25-ci maddəsinə əsasən, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında uşağın himayəsinə verilmiş valideyninə həmin uşağın mənafeyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin verilməsi halı müəyyən edilmişdir (bax, Z. Sloveniyaya qarşı, § 115, xx xxxxxx 2010-cu il və Eberhard and M. Sloveniyaya qarşı, § 88, x xxxxxx 2009-cu il). İstinad olunan hüquq normalarının məzmunundan aydın olur ki, iddiaçının uşaqları ilə birgə yaşayan valideyn kimi öz uşaqlarının maraqlarını üstün tutmaq şərti ilə ona dair qərar qəbul etmək, hazırki halda onları Azərbaycan Respublikasından xaricə aparıbgətirmək, onların daha yaxşı təhsil almaq, istirahətini və sağlamlığını təmin etmək üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşağın daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılması məsələsinə uşağın mənafeyi ilə yanaşı, həm də uşaqla, uşaq yanında saxlanılan və saxlanılmayan valideyn arasındakı münasibətlər (həm hüquqi, həm də faktiki) çərçivəsində baxılmalı və onların hər ikisinin mənafeləri arasındakı ədalətli mütənasiblik təmin olunmalıdır. Belə ki, valideynin uşağı ilə bağlı malik olduğu təməl hüquqlardan biri də onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq müxtəlif tədbirlərdə iştirak etmək, istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Bu hüquq yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla əsaslandırıldığı hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. Məhkəmə iş üzrə iddiaçının öz uşağı ilə birlikdə müvəqqəti olaraq ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsasların olduğunu müəyyən etməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh razılığı alınmadan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası X6 ilə ölkədən getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh razılığı alınmadan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası X6 ilə birlikdə ölkədən getməsinə icazə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar