Məhkəmə qərarları › İş №2(060)-9950/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9950/2021

09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9950/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Cavabdeh qarşı alimentin pensiyaya yönəldilməsi tələbinə dair iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin pensiyaya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin 2(056)-647/16 saylı, 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 21.07.2010-cu il təvəllüdlü Murad adlı övladının saxlanması üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmuşdur. Hal-hazırda alimentin pensiyaya yönəldilməsi məsələsi Sabirabad Rayon Məhkəməsinin 2(056)-647/16 saylı, 20 iyul 2016-cı il tarixli qətnaməsinin icra yeri üzrə icra qurumu tərəfindən həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin pensiyaya yönəldilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin pensiyaya yönəldilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar