Məhkəmə qərarları › İş №2(061)-1048/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1048/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1048/2025 17.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Müşfiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı “müalicə xərci tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı - İİ qrup əlil, xx.xx.2019-cu il təvəllüdlü X1 müalicəsi üçün hər ay 500 manat və mediaslya xərci olaraq ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları - xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə nikahları pozulmuşdur. Təvəkkülün saxlanması üçün cavabdehdən indeksasiya olunduqdan sonra 210 manat aliment tutulur. Təvəkkül “psixoloji inkişafın pozuntusu, uşaq autizmi, kannr sindromu, İQ-54” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən müalicə üçün əlavə xərclər çəkməli olur. Cavabdeh cəmi bir dəfə müalicə üçün 100 manat köməklik edib, müraciət etsə də, başqa heç bir maddi köməklik göstərməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəhkəmədən iddianın təmin edilməsini və cavabdehdən oğlu Təvəkkülün müalicə xərci üçün hər ay 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Müşfiq oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Münasibətləri alınmadığı üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə nikahları pozulmuşdur. Həmçinin həmin məhkəmənin digər bir qətnaməsinə əsasən ondan oğlu Təvəkkülün saxlanması üçün hər ay 180 manat alimentin tutulması qərara alınmışdır. Hazırda ondan oğlu Təvəkkülün saxlanması üçün indeksasiya olunduqdan sonra 210 manat aliment tutulur. Nikahları pozulduqdan sonra başqa bir qadınla ailə qurmuş və yeni nikahından bir uşağı doğulmuşdur. “M X10 Kredit Təşkilatı” MMC-də kredit mütəxəssisi işləyir. Aylıq əmək haqqaı 500 manat təşkil edir. Lakin, tutulmalardan sonra əlinə 460 manat maaş alır. Başqa gəlir yeri yoxdur. Aldığı əmək haqqının 210 manatını alimentə verir, qalan məbləğlə ilə isə yeni ailəsini dolandırır. Onun müalicə xərcinə görə əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Bərdə regional “ASAN-xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı Cavabdeh Müşfiq oğlundan hər ay 180 manat alimentin tutularaq hazırkı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnaməsinin məzmundan görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları - xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuş və tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 8(061)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində müəyyən edilməklə indeksasiya olunması qərara alınmışdır. İşdə olan Ambulator xəstənin fərdi vərəqəsindən Çıxarışdan və Tibbi Sosial Ekspert Komissiyasıının xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 “psixoloji inkişafın pozuntusu, uşaq autizmi, kannr sindromu, İQ-54” diaqnozlu xəstəlikdən əziyyət çəkir və İİ qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, hazırkı Cavabdeh Müşfiq oğlu “M X10 Kredit Təşkilatı” MMC-də kredit mütəxəssisi işləyir və aylıq əmək haqqaı 500 manat təşkil edir. İşdə olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, hazırkı Cavabdeh Müşfiq oğlu ilə X2 arasında xx.xx.2024-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 234 № ilə qeyd edilməklə rəsmi (yeni) nikah bağlanmış, ərə Fərəcli, arvada Fərəcli soyadı verilmişdir. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında haqqında şəhadətnamədən görünür ki, hazırkı Cavabdeh Müşfiq oğlunun (yeni) nikahından xx.xx.2025-ci il təvəllüdlü X6 anadan olmuşdur. İşdə olan Bərdə 1 X3 mediatoru M.Əhmədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/MT039/2025-00220 nömrəli “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından bir uşaqları - xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. Təvəkkülün saxlanması üçün cavabdehdən indeksasiya olunduqdan sonra 210 manat aliment tutulur. Təvəkkül “psixoloji inkişafın pozuntusu, uşaq autizmi, kannr sindromu, İQ-54” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən müalicəsi üçün əlavə xərclər tələb olunur. Cavabdeh uşağın müalicəsi üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, onlar mediasiya prosesinin davam etdirilməsində razılığa gələ bilməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı ilə nikahları pozulduqdan sonra cavabdeh başqa bir qadınla ailə qurmuş və yeni nikahından bir uşağı doğulmuşdur. İddiaçı “M X10 Kredit Təşkilatı” MMC-də kredit mütəxəssisi işləyir. Onun aylıq əmək haqqı 500 manat, ələ çatan nəğd əmək haqqı 460 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarrıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən Cavabdeh Müşfiq oğlu “psixoloji inkişafın pozuntusu, uşaq autizmi, kannr sindromu, İQ-54” diaqnozlu xəstəlikdən əziyyət çəkən oğlu xx.xx.2019-cu il təvəllüdlü X1 atası kimi onun müalicəsi üçün çəkiləcək xərclərə cəlb edilməlidir. Bu onun həm də valideyinlik borcudur. Məhkəmə həmçinin qeyd etməyi lazım bnilir ki. iddiaçı cavabdehdən uşağın müalicəsinə görə hər ay 500 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh “M X10 Kredit Təşkilatı” MMC-də kredit mütəxəssisi işləyir və onun aylıq əmək haqqı 500 manat, ələ çatan nəğd əmək haqqı isə 460 manat təşkil edir, o, həmin məbləğdən hazırda mənafeyi naminə iddia qaldırılan övladı Təvəkkülün saxlanılması üçün hər ay indeksasiyaya uyğun olaraq 210 manat aliment ödəyir. “Yaşayış minmumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.01-ci və 1.0.2-ci maddələrinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu; yaşayış minimumu isə - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normaların məcmusudur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını əlaqəli şəkildə rəhbər tutaraq, məhkəmə iclasında müəyyən olunmuş tərəflərə aid diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, tutulmalı olan müalicə xərcinin miqdarı müəyyənləşdirilərkən cavabdehin öhdələndirilməli olduğu maddi təminat vermə vəzifəsi ilə onun özünün həyat fəaliyyətinin, habelə yeni ailəsinin minimum səviyyəsinin təminatı arasında tənasüblüyün təmin edilməsi məqsədi ilə cavabdehdən maddi təminat almaq hüququna malik və mənafeyi naminə iddia qaldırılan uşaqla cavabdehin özünün hazırkı ailə və maddi vəziyyəti arasında proporsianallıq gözlənilməklə müəyyənləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X1 müalicəsi üçün cavabdehin istəyinə uyğun olaraq müalicə xərcinin tutulmaması uşağın mənafeyinə uyğun deyildir. Həmçinin kredit mütəxəssisi işləyən cavabdehdən aylıq maaşının 500 manat, ələ çatan nəğd əmək haqqının 460 manat təşkil etməsinə və həmin məbləğdən hazırda mənafeyi naminə iddia qaldırılan övladı Təvəkkülün saxlanılması üçün hər ay 210 manat aliment ödəməsinə rəğmən ondan iddiaçının istəyinə uyğun olaraq uşağın müalicəsinə görə hər ay 500 manat müalicə xərcinin tutulması cavabdehin maddi imkanlarına mütənasib deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında “Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarlarında qeyd etmişdir ki, “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən hər ay 100 manat müalicə xərcinin tutulması həm mənafeyi naminə iddia qaldırılan uşağın mənafeyi, həm də cavabdehin özünün mənafeyi baxımından ədalətlidir. Ona görə də cavabdehdən uşağın - Təvəkkülün müalicə xərcinə görə 100 (bir yüz) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş mediasiya xərcinə görə 60 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Müşfiq oğlundan xx.xx.2019-cu il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar hər ay 100 manat müalicə xərci və mediaslya xərci olaraq ödənilmiş 60 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar