Məhkəmə qərarları › İş №2(061)-1081/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1081/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1081/2025 14.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-830/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci tarixdə faktiki olaraq evlənmişlər. Onunla yaşadığı dövrdə xx.xx.2019-cu il tarixdə Yusif adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il arixli 2(061)-830/2019 saylı qətnaməsi ilə hər ay qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment ödəməlidir. Alimenti mütəmadi olaraq ödəməlidir. İİ Qarabağ müharibəsində Fizulinin, Cəbrayılın, Qubadlının, həmçinin Şuşanın azad edilməsində fəal iştirak etmişdir. Şuşanın azad olunmasında qapalı kəllə beyin travması almışdır. Bunun nəticəsində şəxsiyyət pozuntusu, depresiv epizodlar, qıcolmatutmaları ilə F070 diaqnozu qoyulmaqla İİ dərəcəli əlillik təyin edilmişdir. Hərbi əməliyyatlar nəticəsində mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə partlayış travması açıq kəllə-beyin teavması, sağ təpə nahiyyəsindən kəllə boşluğuna nüfuz edən kor qəlpə yaralanması, baş boynun orta dərəcəli əzilməsi sağ təpə sümüyünün sınığına yad cisminə görə aparılmış sağ təpə payının trepnasion dekompressiv kranioektomiya, beyin yarasının birinci cərrahi işlənilməsi əməliyyatdan sonrakı nəticədə təpə sümüyünün 1,2 sm kvadrat ötürülmüş sümük deffekti olduğundan həkim kimossiyası tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin rəyə əsasən ruhi əsəb gərginliyi tələb olunan işlərdə işləyə bilməz. Sağlamlığı ilə əlaqədar kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu məqsədlə 2021-ci ildə Mərcan Tahirova ilə adlı qadınla evlənmişdir. Hazırda 2 uşaqları olmuşdur. Mehrinan ailə münasibətləri ilə birlikdə yaşayırlar. Sağlamlığı ilə əlaqədar işləyə bilmir. Müharibə qazisi olduğu üçün ona müavinət verilir. Həmin məbləğin ¼ hissəsi tutularaq cavabdehə ödənilir. Qalan pulla uişaqlarını saxlaya nilmir və sağlamlığı ilə əlaqıdar dərmanları ala bilmir. Əgər aldığı müavinətin yarısı tutularaq uşaqlarının arasında bölünərsə bu daha ədalətli qərar olardı. Odur ki, məhkəmədə Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)- 830/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh göstərmişdir ki, iddiaçı ilə aralarında olan mübahisələrə görə ayrı yaşayırlar. Birgə nikah dövründə anadan olmuş Yusif adlı uşaqları onun himayəsində qalmışdır. Tərtər Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(061)- 830/2019 saylı qətnaməsi ilə İddiaçı hər ay qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə ona qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-830/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə iddia qaldırmışdır. Həmin pula nəinki uşağın maksimum, heç minimum da olsa belə, xərclərini ödəmək mümkün deyildir. Belə ki, uşaq böyüyür, gündəlik tələbatları artır. Maddi vəziyyətləri ağırdır. Maddi vəziyyətlərini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(061)-830/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı hər ay qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh verilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanası X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli həkin psixiatr komissiyasının rəyinin surətindən görünür ki, İddiaçı xəstəlik dianozu üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları ilə F 07.0 ibarətdir. Mülki işin materiallarına əlavə edilmiş şəxsiyyətin təsdiq edilməsi barədə məlumatların surətindən görünür ki, İddiaçı İİ qarup əlildir. Mülki işin materiallarına əlavə edilmiş medalların vəsiqə surətlərindən görünür ki, İddiaçı “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına dair” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmədə elan olunmuş Gəncə 1 X1 Mediasiya Sessiyasından sonra prosesin davam etidirlə bilməməsi barədə arayışdan görünür ki, bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X3 (Reyest nömrəsi M-00107) tərəfindən “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-cüi maddəsinə uyğun olaraq verilmişdir. Bu arayış İddiaçı, Cavabdeh tərəfindən təsvir edildiyi kimi alimentin azaldılması tələbi ilə bağlı mübahisə üzrə xx.xx.2025-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmişdir. Hər iki tərəf ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməsi ilə bağlı razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə cavabdehin izahatını və məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı ilə cavabdeh ayrı yaşayırlar. Onların 1 azyaşlı uşaqları cavabdehin himayəsindədir. İddiaçı aylıq əmək haqqının müavinətin olduğundan, başqa qadınla ailə qurduğundan, maddi vəziyyəti ağır olduğundan ödənilən alimentin məbləğinin azaldılmasını xahiş edir. Maddi vəziyyəti ilə bağlı cavabdehə əlavə olaraq uşağın saxlanması üçün heç bir maddi köməklik edə bilmir. Məhkəmə iclasında izahat vermiş cavabdeh bildirmişdir ki, uşağın gündəlik tələbatlarının, artımı və maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkir. O, uşağın tələbatlarını ödəyə bilmir. Maddi vəziyətlə bağlı köməksiz qalmışdır. Hazırda iddiaçının təklif etdiyi alimetin məbləği uşağın minimum xərclərini ödəməsi mümkün deyildir. Odur ki, alimentin miqdarının azaldılmasına etiraz edir. Məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətin aşağı olması, aylıq gəlirin az olması, onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onun öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, mənbəyindən asılı olmayaraq öz qazancını uşağı ilə bölüşdürməyə borcludur. Uşağın saxlanılması iddiaçının mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 maddəsində göstərilmişdir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) validyenlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilmişdir ki,valideynlər arasında yetkinik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya qazancın (gəlirin) hamısını və bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və s. gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı və ailə vəziyyəti diqqətə layiq olan hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onların tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin adən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. «Nikahın pozulması, boşanmadan sonra ytekinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün validenylərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərində az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçının iddia ərizəsində göstərdiyi qaydada aliment miqdarı azaldılarsa, həqiqətən uşağın minimum dolanacaq xərclərindən xeyli az olur və beləliklə də uşağın maddi təminat almaq hüququ pozulur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İş materiallarını, cavabdehin izahatını, eləcə də uşağın maraq və mənafeyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(061)-830/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-830/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar