Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1232/2025 23.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Birgə yaşadıqları dövrdə ünvan 1 ünvanında onun adına olan 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 64,5 kv.metr yaşayış sahəsi 32,3 kv.metr yardımçı sahəsi 32,2 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi olmuşdur. Cavabdehlə aralarında olan razılığa əsasən o, adına olan bütün daşınmaz əmlakı cavabdehə hədiyyə etməli olmuşdur. Bu məqsədlə onlar xx.xx.2016-cı il tarixdə Tərtər rayon Dövlət Notariat Kontoruna getmişlər və orada ona torpağını, evini cavabdehə bağışlayacağını bildirilərək ona təqdim edilmiş sənədlərə imza etməsini təklif etmişlər. O, da torpağını və evini cavabdehə bağışlayacağını zənn edərək ona təqdim edilmiş həmin sənədlərə imza etmişdir. Sonradan cavabdeh onu evdən çıxartmış və onu dəli hesab edərək Gəncə şəhəri psixiatrik xəstəxanasına göndərmişdir. Həmin vaxtdan indiyədək yaşamağı yeri yoxdur, küçələrdə yaşayır. O, son vaxtlar bilmişdir ki, xx.xx.2016-cı il tarixdə Tərtər rayon Dövlət Notariat Kontorunda ona təqdim edilmiş sənədlər bağışlama müqaviləsi olmamış, alqı-satqı müqaviləsi olmuşdur. Yəni torpağı və evi Cavabdeh satılmışdır. Hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən cavabdehin bu hərəkətləri qanunsuzdur. Bu səbəbdən cavabdehin iştirakı ilə bağlanmış alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilməli və torpaq sahəsi onun sahibliyinə və istifadəsinə verilməlidir. Eləcə də mübahisə predmeti olan müqavilə əslində uydurma bir əqddir. Belə ki, həmin müqavilə ilə cavabdeh onun hüquqi savadsızlığından istifadə etməklə öz məqsədlərini həyata keçirtmək üçün istifadə etmiş və alqı-satqı müqaviləsində guya ona verilməsi nəzərdə tutulan həmin 5000 manat ona verilməmişdir. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Qanunun tələblərindən göründüyü kimi o, Tərtər rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsindən məlumatı olan kimi xx.xx.2025-ci il tarixdə həmin müqavilənin və onun yaratdığı bütün digər hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı kimi onun alqı-satqı müqaviləsindən imtina etməsi üçün müddətin ötmədiyinə dəlalət etmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, cavabdeh Ellada Allahyarova ilə 1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə, yəni 2007-ci ildə Tərtər şəhəri A.M.Şərifzadə küçəsində torpaq sahəsi alaraq orada fərdi yaşayış evi inşa etdirmişlər. Həmin fərdi yaşayış evi onun adına qeydiyyata alınmışdır. Bir müddət sonra cavabdehlə aralarında olan münasibətləri pozulmuş və nikahları məhkəmə qaydasında ləğv olunmuşdur. xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Bununla bağlı sənədlərə imza etmişdir. Son vaxtlar xx.xx.2016-cı il tarixdə Tərtər rayon Dövlət Notariat Kontorunda ona təqdim edilmiş sənədlərin bağışlama müqaviləsi olmadığını, alqı-satqı müqaviləsi olduğunu, yəni torpağını və evinin Cavabdeh satıldığını bilmişdir. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyini hesab etmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur. Bu səbəbdən cavabdehin iştirakı ilə bağlanmış alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilməli və torpaq sahəsi onun sahibliyinə və istifadəsinə verilməlidir. Belə ki, həmin müqavilə ilə cavabdeh onun hüquqi savadsıalığından istifadə etməklə öz məqsədlərini həyata keçirtmək üçün istifadə etmiş və alqı-satqı müqaviləsində guya ona verilməsi nəzərdə tutulan həmin 5000 manat ona verilməmişdir. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməısini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikah dövründə, yəni 2007-ci ildə Tərtər şəhəri, A.M.Şərifzadə küçəsində torpaq sahəsi əldə edərək orada birlikdə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və bu abarədə ona çıxarış sənədi verilmişdir.Sonradan cavabdehlə münasibətləri alınmamış, nikahları məhkəmədə pozulmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini 5000 manata ona satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən 5000 manat pul iddiaçıya verilmişdir. Bu barədə müqavilədə xüsusui qeydiyyat aparılmışdır. Hazırda ev onun adına sənədləşdirilmişdir. Evin alqı-satqısı zamanı onlar ər-arvad olmamışlar. İddiaçı fərdi yaşayış evini ona bağışlamamış, alqı-satqı müqaviləsi ilə satmış və bunun müqabilində ondan 5000 manat pul almışdır. Alqısatqının onun tərəfindən deyil, notarius tərəfindən qanuni şəkildə aparıldığını bildirmiş və göstərdiklərinə əsasən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AN-İ № ******* nömrəli 16 mart 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat nömrəsi 46 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 64,5 kv.metr olan fərdi yaşayış evinə görə alıcı Cavabdeh 5000 manat almaqla ona satmışdır. İş materiallarında olan Tərtər Rayon Mərkəzi X1 Şəxsin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdən Tərtər Rayon Mərkəzi X1 Şəxsin Poliklinikasının ruhi-əsəb kabinetində “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri depressiv-paranoid sindrom, şəxsiyyətin üzvü dəyişməsi” diaqnozu ilə dispanser qeydiyyatından dayanır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-807/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı qaldırdığı evə köçürmə tələbi təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)- 2808/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-807/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahlarını rəsmi qeyd etdirmiş, birgə nikah dövründə, yəni 2007-ci ildə Tərtər şəhəri, A.M.Şərifzadə küçəsində torpaq sahəsi əldə edərək orada birlikdə 2 otaqdan ibarət 64,5 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişlər. İddiaçı ilə cavabdehin xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini iddiaçı 5000 manata cavabdehə satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən 5000 manat pul iddiaçıya verilmişdir. Həmin müqaviləni hər iki tərəf imzalamışdır. Bu hallar məhkəmə iclasında elan edilmiş AN-İ № ******* nömrəli 16 mart 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə tam təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı Cavabdeh ilə 1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, birgə nikah dövründə, yəni 2007-ci ildə Tərtər şəhəri A.M.Şərifzadə küçəsində torpaq sahəsi alaraq orada fərdi yaşayış evi inşa etdirdiklərini, həmin fərdi yaşayış evinin onun adına qeydiyyata alındığını, bir müddət sonra cavabdehlə aralarında olan münasibətləri pozulduğunu, nikahlarının məhkəmə qaydasında ləğv olunduğunu, xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini cavabdehə bağışladığını, bununla bağlı sənədlərə imza etdiyini, son vaxtlar xx.xx.2016-cı il tarixdə Tərtər rayon Dövlət Notariat Kontorunda ona təqdim edilmiş sənədlərin bağışlama müqaviləsi olmadığını, alqı-satqı müqaviləsi olduğunu, yəni torpağını və evinin Cavabdeh satıldığını, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyini hesab etmədiyini, cavabdehin bu hərəkətləri qanunsuz olduğunu, bu səbəbdən cavabdehin iştirakı ilə bağlanmış alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsini və torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsini, belə ki, həmin müqavilə ilə cavabdehin onun hüquqi savadsızlığından istifadə etməklə öz məqsədlərini həyata keçirtmək üçün istifadə etdiyini və alqı-satqı müqaviləsində guya ona verilməsi nəzərdə tutulan həmin 5000 manat ona verilmədiyini göstərmişdir. İddiaçı 5000 manat pul vəsaitinin ona verilməməsini bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu vəsatəti alqı-satqı müqaviləsi ilə tam təkzib olunmuş və yalnız onun şəxsi mülahizələrindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmin vəsətətin qəbul edilməsini məqsədmüvafiq hesab etməmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddianı qəbul etmədiyini, İddiaçı ilə nikahlarını rəsmi qeyd etdirdiklərini, birgə nikah dövründə, yəni 2007-ci ildə Tərtər şəhəri, A.M.Şərifzadə küçəsində torpaq sahəsi əldə edərək orada birlikdə fərdi yaşayış evi inşa etdirdiklərini, cavabdehlə münasibətləri alınmadığını, nikahlarının məhkəmədə pozulduğunu, iddiaçı xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini 5000 manata ona satdığını, alqı-satqı müqaviləsi bağlanarkən 5000 manat pulun iddiaçıya verildiyini, bu barədə müqavilədə xüsusi qeydiyyat aparıldığını, hazırda evin onun adına sənədləşdirildiyini, evin alqı-satqısı zamanı iddiaçı ilə ər-arvad olmadığını, iddiaçı fərdi yaşayış evini ona bağışlamadığını, alqı-satqı müqaviləsi ilə satdığını, bunun müqabilində ondan 5000 manat pul aldığını göstərmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Alqı-satqının qanuni aparıldığını, həmin prosesin onun tərəfindən deyil, notarius tərəfindən qanunun tələblərinə uyğun şəkildə aparıldığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin göstərdikləri məhkəmə iclasında elan edilmiş alqı-satqı müqaviləsi ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, əgər iddiaçı tərəfin dediyi kimi torpaq sahəsini və evi bağışlama müqaviləsi əsasında cavabdehin istifadəsinə verildiyini bildirsə də həmin vaxt və ya sonralar bununla bağlı notariat orqanına və ya məhkəməyə müraciət etməmişdir. Bu da onun öz razılığı ilə həmin torpaq sahəsini və evi cavabdehə satdıqlarına dəlalət edir. Eləcə də iddiaçı bunu yuxarıda qeyd edildiyi kimi məhkəmədə mübahisələndirməmişdir. Həmçinin alqı-satqı müqaviləsi notarial qaydada aparılmaqla bütün prosedur qaydalara riayət edilmişdir. Alqı-satqı aparılmış və etibar edilən şəxs satıcı, digər tərəf isə alıcı qismində onlara alqı-satqı müqaviləsinin şərtləri izah edildikdən sonra imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmamalı, yəni cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Hazırki sənədlərlə aydın olur ki, cavabdehin sahibliyi mövcuddur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə itirilmişdir. Həmin torpaq sahəsi və mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən cavabdehin sahibliyindədir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı, Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-31 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1232/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1232/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver