Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1291/2025 11.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hаkim Məmmədova Maya Vahid qızı, Tələbkar vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə mürаciət edərək, Borclu ona vurduğu 29000 manat maddi zərərin onun xeyrinə ödənilməsinin müəyyən edilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 276.2 maddəsinə əsasən məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Həmin Məcəllənin 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, verilmiş tələb Mülki Prosessual Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən və MPM-nin 278-279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Tələbkar Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №2(061)-1291/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1291/2025
11.07.2025 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver