Məhkəmə qərarları › İş №e-2(045)-2022/2024

Goranboy Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(045)-2022/2024

15.11.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Goranboy rayonu İş № e-2(045)-2022/2024 15.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Bakı şəhəri, Tbilisi pr., 1058-ci məhəllə ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı «pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı «pul tələbi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1983-cü ildə doğulmuş Borclu 10 may 2022-ci il tarixli, XRX6296215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 910 manat əsas borc, 29 oktyabr 2022-ci il tarixli, XRX6331633 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1530 manat əsas borc, 16 yanvar 2023-cü il tarixli, XRX6332107 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 890 manat əsas borc, 18 fevral 2023-cü il tarixli, XRX6332405 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2731 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6161 (altı min yüz altımış bir) manat məbləğində pulun alınaraq Kreditor MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC məhkəmə əmrinin verilməsi barədə ərizəsində göstərmişdir ki, iş üzrə Borclu iddiaçı Kreditor MMC ilə müddət 24 ay olmaqla 10 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 1574 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 910 manat əsas borcu qalıb. Bundan başqa, Borclu iddiaçı Kreditor MMC ilə müddət 22 ay olmaqla 29 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu iddiaçıdan dəyəri 2040 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1530 manat əsas borcu qalıb. Bundan başqa, Borclu iddiaçı Kreditor MMC ilə müddəti 12 ay olmaqla 16 yanvar 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu iddiaçıdan dəyəri 1068 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 890 manat əsas borcu qalıb. Bundan başqa, Borclu iddiaçı Kreditor MMC ilə müddəti 12 ay olmaqla 18 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu iddiaçıdan dəyəri 3104 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2731 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Borclu 10 may 2022-ci il tarixli, XRX6296215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 910 manat əsas borc, 29 oktyabr 2022-ci il tarixli, XRX6331633 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1530 manat əsas borc, 16 yanvar 2023-cü il tarixli, XRX6332107 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 890 manat əsas borc, 18 fevral 2023-cü il tarixli, XRX6332405 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2731 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6161 (altı min yüz altımış bir) manat pul vəsaitinin alınaraq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Məhkəmə ərizəyə əlavə edilən sənədlərdən Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, məhkəmə əmrin verilməsini mümkün hesab edir. Belə ki, kreditorun tələbinin aşkar olması və bu tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 276.1 və 276.2.2-ci maddələrinə görə məhkəmə əmrinin veriməsi ücün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq kreditora ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, kreditor “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəməli olduğu rüsumdan (80,61 manat) artıq rüsum ödəmişdir. Belə olan halda yalnız kreditorun hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 80,61 manat hissəsinin əvəzi borcludan tutularaq kreditora ödənilməli və artıq ödənilmiş 19,39 manat hissəsi isə kreditora qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: xx xxx 1983-cü ildə Ermənistan, Vardenis rayonunda doğulmuş və ünvan 2i ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri, Tbilisi pr., 1058-ci məhəllə ünvanında yerləşən Kreditor MMC-nin xeyrinə 6061 (altı min altımış bir) manat məbləğində borc pul və ödənilmiş 80,61 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Artıq ödənilmiş 19,39 manat məbləğində dövlət rüsumu Kreditor MMC-yə qaytarılsın. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar