Məhkəmə qərarları › İş №e-2(009)-1001/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-1001/2024

08.04.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-1001/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Səbail rayonu, Yaşar Bədəlov küçəsi, ev 167 Ö/T ünvanında qeydiyyatda olan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1994-cü ildə doğulmuş Borclu 04 aprel 2019-cu il tarixli BDK4682207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 304 manat əsas borc, 27 oktyabr 2019-cu il tarixli BDK4683084 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 563 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 967 manat pulun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 12 ay olmaqla 04 aprel 2019-cu il tarixli BDK4682207 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 1098 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 304 manat əsas borcu qalıb. Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 18 ay olmaqla 27 oktyabr 2019-cu il tarixli BDK4683084 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 732 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 563 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Borclu 04 aprel 2019-cu il tarixli BDK4682207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 304 manat əsas borc, 27 oktyabr 2019-cu il tarixli BDK4683084 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 563 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 967 manat pulun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. İş materiallarında olan kreditor ilə borclu arasında bağlanmış 04 aprel 2019-cu il tarixli, BDK ******* nömrəli borc müqaviləsindən görünür ki, Borclu Qəhraman qızı Kreditordən hissə-hissə ödəniş şərti ilə 1098 (bir min doxsan səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 114 (bir yüz on dörd) AZN ilkin ödəmiş və qalan 984 (doqquz yüz səksən dörd) AZN məbləği 12 ay müddətinə aylıq 82 (səksən iki) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor ilə borclu arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli, BDK ******* nömrəli borc müqaviləsindən görünür ki, Borclu Qəhraman qızı Kreditordən hissə-hissə ödəniş şərti ilə 732 (yeddi yüz otuz iki) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 30 (otuz) AZN ilkin ödəmiş və qalan 702 (yeddi yüz iki) AZN məbləği 18 ay müddətinə aylıq 39 (otuz doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2401 nömrəli maliyyə arayışından görünür ki, Borclu Qəhraman qızı ilə xx.xx.2019-cu il tarixində bağlanmış BDK4683084 saylı müqavilə üzrə ödənilməmiş 563,00 AZN, xx.xx.2019-cu il tarixində bağlanmış BDK4682207 saylı müqavilə üzrə ödənilməmiş 304,00 olmaqla ümumilikdə 867,00 AZN əsas (qalıq) borcu vardır. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, Kreditor MMC-nin tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİ: xx xxxx 1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 04 aprel 2019-cu il tarixli BDK4682207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 304 (üç yüz dörd) manat əsas borc, 27 oktyabr 2019-cu il tarixli BDK4683084 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 563 (beş yüz altmış üç) manat əsas borc, cəmi 867 (səkkiz yüz altmış yeddi) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar