Məhkəmə qərarları › İş №2(061)-1379/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1379/2025

25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1379/2025 25.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs2, Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “ölüm faktının və hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işin materiallarını Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs2, Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xxidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1) mərhum ata babaları X2 xx.xx.1965-ci ildə və ata nənələri X4 xx.xx.1971-ci ildə Erməniztan Respublikasının Göyçə mahalının Çaxırlı kəndində ölmələri faktının müəyyən edilməsi; 2) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********91 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********92 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışların onlara, mərhum ataları X1 və mərrhum anaları X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyi üçün onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi mülki prosesual qanunvericiliyin tələbinə görə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb bir icraatda birləşdirilə bilməz. Ərizənin xahiş etdi hissəsindən görünür ki, ərizəçilər bir-biri ilə bağlı olmayan iki tələbi, yəni a) mərhum ata babaları X2 xx.xx.1965-ci ildə və ata nənələri X4 xx.xx.1971-ci ildə Erməniztan Respublikasının Göyçə mahalının Çaxırlı kəndində ölmələri faktının müəyyən edilməsi; b) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********91 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********92 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışların onlara, mərhum ataları X1 və mərrhum anaları X5 məxsus olması faktının müəyyən olunması tələbini bir ərizədə birləşdirmişlər. Məhkəmə qeyd etməyi lazım bilir ki, a) ölüm faktının müəyyən edilməsi xahiş olunan şəxslərlə, b) hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi xahiş olunan şəxslər tamamilə fərqli-fərqli şəxslərdir və həmin şəxslərlə bağlı olan hazırkı tələblər bir-biri ilə bağlı deyildir. Ola bilər ki, gələcəkdə irəli sürülə biləcək hər hansı bir tələb, məsələn mirasla bağlı tələbin irəli sürrülməsi üçün əhəmiyyət kəsb etmiş olsun, lakin hazırı iş üzrə həmin tələblərinin bir-biri ilə bağlılığı yoxdur. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, sözügedən tələblər bir-biri ilə əlaqədar olmadığından hər biri üzrə dövlət büdcəsinə müvafiq məbləğdə dövlət rüsumu ödənilməklə ayrılıqda verilməlidir. Əks halda mülki prosesual qanunvericiliklə yanaşı, dövlət rüsumu haqqında qanunvericiliyin də tələbləri pozulmuş olar. Ona görə də məhkəmə hesab edir ki, baxılması xahiş edilən tələblər görə bir-biri ilə əlaqədar olmayan tələblər olduğundan ərizənin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görəiddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, ərizəçilər bir-biri ilə əlaqədar olmayan tələbləri bir ərizədə birləşdirdiklərindən ərizə geri qaytarılmalı və ərizəçilərə qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs2, Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “ölüm faktının və hüquqmüəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəçilər qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar