Məhkəmə qərarları › İş №e-2(075)-1632/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1632/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1632/2023 25.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1931-ci il tarixdə Şəki şəhərində anadan olmuş və xx.xx.1997-ci il tarixdə ölmüş X6 ölüm faktının müəyyən edilməsi, Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsində adı Nəsif-zadə Əhmədiyə Yunus oğlu, Respublika Dövlət X10 08 iyun 2023-cü il tarixli arxiv arayışda adı Nəsif zadə Əhmədiyə Yunus oğlu kimi qeyd edilən şəxsin eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X5 xx.xx.1931-ci il tarixdə Şəki şəhərində anadan olmuş və xx.xx.1997ci il tarixdə ölmüşdür. Bundan əlavə, Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən Şəki şəhərində Nəsif-zadə Əhmədiyə Yunus oğlunun adına iki otaqdan ibarət fərdi yaşayış evi vardır. Sənədlərdə atasın adı Nəsif-zadə Əhmədiyyə Yunus oğlu kimi qeyd edilmiş, ancaq adı isə X9 olmuşdur. Göründüyü kimi ölmüş şəxsin adı sənədlərdə müxtəlif formalarda qeyd edilmişdir. Bundan əlavə, vəkil sorğusu ilə aidiyyatı üzrə X17 filialına müraciət edərək 16 iyul 1931-ci il tarixdə anadan olmuş və 05 may 1997ci il tarixdə ölmüş X6 doğumu barədə sənədlərin təsdiq edilmiş surəti tələb edilmişdir. Bununla bağlı Respublika Dövlət X10 08 iyun 2023-cü il tarixli arxiv arayışı ilə Nuxa şəhəri VVAQ şöbəsinin 1931-ci ilin doğulanların qeydiyyatı kitabına əsasən X3 16 iyul 1931-ci il tarixdə anadan olması müəyyən edilmişdir. 11 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət edilərək mərhum atam X6 ölümünün qeydə alınmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin 11 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1997-ci il tarixdə vəfat etmiş X6 ölümü haqqında akt qeydi aşkar edilmədi. Həmçinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Belə ki, Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbişəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Qeyd edilənlərə əsasən X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X12 oğlu oğlunun xx.xx.1997-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 11 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1997-ci il tarixdə vəfat etmiş X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, X9 1931-ci il tarixdə anadan olmuş, 1997-ci il tarixdə isə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X17 Filialı tərəfindən verilmiş Nuxa şəhər VVAQ Şöbəsinin 1931-ci ilin “Doğulanların qeydiyyat” kitabına əsasən Nəsif zadə Əhmədiyə Yunus oğlunun 16 iyul 1931-ci il 706 nömrəli təvəllüd barəsində sənəd qeydiyatından görünür ki, X6 adı Nəsif zadə Əhmədiyə Yunus oğlu kimi qeyd edilmişdir. İşdə olan 24 yanvar 1975 ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, X6 adı Nəsif-zadə Əhmədiyə Yunus oğlu kimi qeyd edilmişdir. İşdə olan notariat hərəkətinin aparılmasından imtina haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi etibarnamə əsasında nümayəndəsi X8 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 ölüm aktının verilməsinə dair 27 sentyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2023-cü il tarixdə 460 saylı nömrə ilə daxil olmuş müraciətinə baxılmışdır. X1 xx.xx.1997-ci il tarixdə yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi barədə ölüm aktının verilməsini xahiş etmişdir. X2 xx.xx.1997-ci il yarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Odur ki, ərizədə göstərilən ölüm aktının verilməsi mümkün deyildir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X6 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 16 iyul 1931-ci il tarixdə Şəki şəhərindəanadan olmuş X6 05 may 1997-ci il tarixdə vəfat etməsi və Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsində adı Nəsif-zadə Əhmədiyə Yunus oğlu, Respublika Dövlət X10 08 iyun 2023-cü il tarixli arxiv arayışda adı Nəsif zadə Əhmədiyə Yunus oğlu kimi qeyd edilən şəxsin eyni şəxs olması faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 16 iyul 1931-ci il tarixdə Şəki şəhərindəanadan olmuş X6 05 may 1997-ci il tarixdə vəfat etməsi və Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsində adı Nəsif-zadə Əhmədiyə Yunus oğlu, Respublika Dövlət X10 08 iyun 2023-cü il tarixli arxiv arayışda adı Nəsif zadə Əhmədiyə Yunus oğlu kimi qeyd edilən şəxsin eyni şəxs olması faktı müəyyən edilsin. Ərizəçi dövlətə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar