Məhkəmə qərarları › İş №e-2(075)-781/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-781/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-781/2024 07.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il tarixdə Şəki rayonunda anadan olmuş və xx.xx.1991-ci tarixdə Şəki rayonunda ölmüş X2 ölüm faktının müəyyən olunması, adı X5 yazılmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1984-cü il tarixli pasportunun, 1987-ci il tarixli yaşayış evinin texniki pasportunun, adı X4 yazılmış 002825 nömrəli evlənmək haqqında şəhadətnamənin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1946-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. xx.xx.1964-cü il tarixdə X6 ilə nikahlarını Nuxa şəhər VVAQ bürosunda 114 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Həmin vaxt Nuxa şəhər VVAQ bürosu tərəfindən verilmiş AZ 002825 nömrəli evlənmək haqqında şəhadətnamədə mərhum ərinin adı “Məhəmmədov” əvəzinə “Məmmədov” ata adı isə “Nurməhəmməd” əvəzinə “Nurməmməd” kimi yazılmışdır. Bu səbəbdən də, ona “Məmmədova” soyadı verilmişdir. Onun mərhum əri X6 xx.xx.1991-ci tarixdə ölmüş və Şəki şəhərində dəfn olunmuşdur. Həmin vaxt ölkələrində və dünyada baş verən siyasi vəziyyət və sair səbəbli mərhuma ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Daha sonra o ərizə ilə Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edərək mərhum ərindən miras qalmış əmlakdan özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 186 nömrəli qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Əsas kimi X8 ölüm haqqında şəhadətnaməsi mövcud olmadığına görə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Daha sonra tərəflərindən müvafiq sorğular verilərək sənədlərin toplanmasına başlanılmış və bir sıra sənədlər əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialından tərəfindən verilmiş sorğuya 20 dekabr 2023-cü il tarixdə verilmiş cavab məktubuna Nuxa şəhər VVAQ Şöbəsinin 1936-cı ilin “Doğum haqqında aktların qeydiyyat” kitabında çıxarış əlavə edilmişdir. Həmin çıxarışda qeyd edilmişdir ki, X6 09 aprel 1936-cı ildə doğulmuşdur. X1, anası X11r. Onun gəlin düşdüyü və hal-hazırda da yaşadığı fərdi yaşayış evinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1984-cü il tarixli pasportunda və sentyabr 1987-ci il tarixli yaşayış evinin texniki pasportunda isə mərhum ərinin adı, soyadı və ata adı isə X5 yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” X10 xx.xx.2023-cü il tarixli məktubunda Şəki şəhəri üzrə 1936-cı ilin doğum və 1991-ci ilin ölüm haqqında akt qeydləri kitabları Şəki regional “ASAN xidmət” X10 arxivində saxlanılmadığından tərəflərindən Məmmədov (Mamedov) Yaşar Nurməmməd oğlunun doğum və ölümü barədə rəsmi məlumatın verilməsi mümkün deyildir. Şəki rayon mərkəzi xəstəxanası X27n 20 dekabr 2023-cü il tarixli məktubunda 1991-ci ilə aid tibbi sənədlər əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, sorğuda qeyd edilən X12 barəsində hər hansı məlumatların verilməsi mümkün olmamışdır. Şəki Pirimlər məhəllə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşamış X8 ölümü haqqında qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Mərhum onun bacısının yoldaşıdır. O, 1991-ci ilin may ayında vəfat etmişdir. Münasibətləri həmişə yaxşı olmuşdur. Bacısı savadsızlıqdan, həyat yoldaşının ölümü haqqında şəhadətnaməni vaxtında almamışdır. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, ərizəçi onun həm qohumu, həm də qonşusudur. Ərizəçinin yoldaşı X6 08 may 1991-ci il tarixində vəfat etmişdir. Dəfn mərasimində kişi qonaqlar onun evində qəbul olunmuşlar. İşin halları Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1984-cü il tarixli pasportun surətindən görünür ki, Şəki şəhəri, Q.Qarayev, küçəsi 32 saylı fərdi yaşayış evi X9 adına sənədləşdirilmişdir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 186 nömrəli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Şəki Pirimlər məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda yaşamış X8 ölümü haqqında qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” X10 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki şəhəri üzrə 1936-cı ilin doğum və 1991-ci ilin ölüm haqqında akt qeydləri kitabları Şəki regional “Asan xidmət” X10 arxivində saxlanılmadığından tərəflərindən Məmmədov (Mamedov) Yaşar Nurməmməd oğlunun doğum və ölümü barədə rəsmi məlumatın verilməsi mümkün deyildir. 10 aprel 1936-cı il tarixli, 322 nömrəli “Təvəllüd haqqında aktın yazılması” barədə çıxarışdan görünür ki, X6 09 aprel 1936-cı ildə doğulmuşdur. X1, anası X11r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X26 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X26 fəaliyyəti nəticəsində yaranmış 1991-ci ilə aid tibbi sənədlər elmi, texniki tarixi əhəmiyyətini itirdiyiə görə arxiv qaydası ilə ləgv edilmişdir. Odur ki, X13 barəsində hər hansı rəsmi məlumatların verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X2 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Bundan başqa məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və işdə olan sənədlərlə 1987-ci il tarixli yaşayış evinin texniki pasportun, 1984-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun və 29 iyul 1964-cü il tarixli, АЗ 002825 evlənmək haqında şəhadətnamənin ərizəçinin mərhum əri X3 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, X2 08 may 1991-ci il tarixdə Şəki rayonunda vəfat etməsi və adı X5 yazılmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1984-cü il tarixli pasportunun, 1987-ci il tarixli yaşayış evinin texniki pasportunun, adı X4 yazılmış АЗ 002825 nömrəli nikah haqqında şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. X2 08 may 1991-ci il tarixdə Şəki rayonunda vəfat etməsi və adı X5 yazılmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1984-cü il tarixli pasportunun, 1987-ci il tarixli yaşayış evinin texniki pasportunun, adı X4 yazılmış АЗ 002825 nömrəli nikah haqqında şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar