Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1434/2025 01.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehin təqsiri ucbatından ailə başçısının ölümü nəticəsində vurulmuş maddi və mənəvi zərər vurmaqla 35000 (otuz beş min) manat, uşaqların 18 yaşı çatanadək hər ay hər birinə 200 (iki yüz) manat pul vəsaitinin və 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində yas mərasiminə xərclənmiş pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı qaldırdığı iddianın uşaqların 18 yaşı çatanadək hər ay hər birinə 200 (iki yüz) manat pul vəsaitinin alınıb ona verilməsinə dair hissəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli 2(061)-1434/2025 nömrəli qərardadı ilə iddia tələbi həmin hissədə baxılmamış saxanılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X10 xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində usta atası ilə birlikdə qaynı X11 fərdi yaşayış evinə gələrək təmir işlərinə başlandığını görüb sonuncunu vedrə ilə ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən su krantına yaxınlaşaraq su aparmasından istifadə edib yaranmış fürsəti dəyərləndirmək məqsəd ilə Namiq Allahverdiyevi öz təşəbbüsü ilə münaqişəyə çəkib sonuncunun söhbət əsnasında onun üzərinə gəlməsini istifadə edərək atasından yadigar qalmış qeydiyyatsız saz vəziyyətdə 16 kalibrli toz-b modelli xarici çaxmaqlı 1956-cı ildə zavod üsullu ilə istehsal edilmiş, K 39980-56 nömrəli hamar-yivsiz qoşa lüləli ov tüfəngi ilə Namiq Allahverdiyevi öldürmək məqsədi ilə 4 dəfə atəş açmaqla sonuncunun həyat və sağlamlığına və təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd edib sağlamlığa ağır zərər vurmaya aid edilən sağ 1-2-3-4-5-6, sol 1-2-3-4-5-6-7 qabırğalarının döş fəqərələrinin sınıqları, daxili üzvlərin –ürək, ağciyərin yaralanmaları ilə döş qəfəsinin daxilə keçən 1 ədəd və onurğa nahiyyəsindən keçən 1 ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə döş qəfəsinin daxilə keçməyən dəlib-keçən 2 ədəd odlu silah yaralanmaları xəsarətləri yetirməklə kifayətlənməyib mərhum Namiq Allahverdiyevin həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməklə öz hərəkətləri ilə sonuncuya əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əvvəlcədən yaşadığı fərdi yaşayış evindən götürməklə üzərində saxladığı dəstəyinin ön hissəsi qırmızı, orta hissəsi göy, arxa hissəsi isə ağ rəngli, ümumi uzunluğu 265, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat –məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə şəxsin həyatdan məhrum edilməsindən bilavasitə əvvəl ümumilikdə 3 dəfə olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən sol körpücüküstü, sol körpücükaltı nahiyyələrinin daxilə keçən 2 deşilmiş –kəsilmiş yarası və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ körpücüküstü nahiyyənin daxilə keçməyən1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək döş qəfəsi nahiyyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitimə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Namiq Allahverdiyevi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş bununla da iki şəxsi qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-in 120.2.2-ci, 120.2.4-cü və 120.2.7-ci maddəsi ilə təqsirli bilinərək cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunan qəsdən sağlamlığa xəsarət yetirməklə ölümlə nəticələnən cinayət hadisəsəi mərhum oğlu X10 usta işləyərək xidmət göstərmiş və ailəsini dolandrmışdır. Onun aylıq qazancı 2000 manatdan yüksək olmuşdur. Azərbaycan Respublikası MM-in 1119-cu maddəsində göstərilən qaydada hrsablamaya əsasən 2000 manat olmuşdur. Cavabdehdən həmin qazancın 7 ayının yəni, cəmi 21000 manat ödənilməsini iddia etmişdir. Oğlu azyaşlı uşaqlarına onların sosial problemlərinə və müəyyən ehtiyaclarını qarşılamaq üçün 1000 manata yaxın pul xərcləmişdir. Odur ki, azyaşlıların xeyrinə 18 yaşına çatanadək, yəni hər ay cavabdehdən 500 manat tutulmasını iddia etmişdir. X1 ölümündən sonra onun dəfninə çəkilən xərclər (dini qaydalara, milli adət-ənənələrə, dəfn üçün lazım olan ləvazimatların alınmasına nəqliyyat vasitələrinin, dəfn iştirakçılarının yerləşdirilməsi üçün çadırın və digər predmetlərin, adı dini ritual, baş daşı qoyulması, ehsan verilməsi qida,ərzaq malları xidmət və adətlərin həyata keçirilməsinə çəkilən xərclər, cəmi 14277 manat təşkil etmişdir. Həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. X13 qəsdən ölüm hadisəsəi nəticəsində cavabdehin təqsiri üzündən ölməsi ona və onun digər ailə üzvlərinə ağır mənəvi zərbə vurulmuş, hamısı iztirab və sarsıntılar keçirmişlər. Hesab edir ki, mərhumun ölümü nəticəsində onlara 10000 manat mənəvi ziyan vurulmuşdur və həmin ziyanın cavabdeh tərəfindən ödənilməsini iddia etmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdehin təqsiri ucbatından ailə başçısının ölümü nəticəsində vurulmuş maddi və mənəvi zərər vurmaqla 35000 (otuz beş min) manat, uşaqların 18 yaşı çatanadək hər ay hər birinə 200 (iki yüz) manat pul vəsaitinin və 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində yas mərasiminə xərclənmiş pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.4-cü və 120.2.7-ci maddəsi ilə təqsirli bilinərək ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cəzasını həbsxanada çəkməsi, cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməsi, eləcə də verilmiş mülki iddianın baxılmamış saxlanılması, ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hökmün qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əslinin ona qaytarılması hökm edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmündən apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(104)-205/2025 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəsissəsində cəza çəkir, onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. O, əvvəl məhkəmədə Cavabdeh qarşı cavabdehin təqsiri ucbatından ailə başçısının ölümü nəticəsində vurulmuş maddi və mənəvi zərər vurmaqla 35000 (otuz beş min) manat və 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində yas mərasiminə xərclənmiş pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan məhkəməyə ərizə verərək cavabdehin təqsiri ucbatından ailə başçısının ölümü nəticəsində vurulmuş mənəvi zərərə görə 35000 (otuz beş min) manat və maddi ziyana görə 14277 (on dörd min iki yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəsissəsinə iddia ərizəsinin surəti göndərilmiş və ona iddia tələbi ilə bağlı fikir və mülahizələrini təqdim etməsi barədə bildirilmiş, lakin bu müddət ərzində onun ona iddia tələbi ilə bağlı fikir və mülahizələri məhkəməyə daxil olmamışdır. Odur ki, məhkəmə işə onun iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Kəngərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 140 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri həyat yoldaşı X2, gəlini X12, nəvəsiı X6, nəvəsi X3 ibarətdir. İş materiallarına əlavə edilmiş qaimə fakturalarda mərhum X4 ölümü ilə bağlı çəkilmiş xərc göstərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmlə Azərbaycan Respublikası CM-in 120.2.4-cü və 120.2.7-ci maddəsi ilə təqsirli bilinərək ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cəzasını həbsxanada çəkməsi, cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməsi, eləcə də verilmiş mülki iddianın baxılmamış saxlanılması, ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hökmün qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əslinin ona qaytarılması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(104)-205/2025 saylı qərarının surətindən görünür ki, həmin qərarla təqsirləndirilən şəxs Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının vəsatətinə əsasən Baş Dövlər Yol Polis İdarəsinin Tərtər Rayon Məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən Cavabdeh və X8 adlarında heç bir nəqliyyat vasitəsi qeydiyyatda olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının vəsatətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Tərtər Rayon Məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X7 adına Tərtər şəhərində yerləşən 6 nəfərlik ailə üzvü ilə birlikdə JN-2269F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, cavabdeh Məmmədov X5 Namiq Faiq oğlu xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində usta atası ilə birlikdə qaynı X11 fərdi yaşayış evinə gələrək təmir işlərinə başlandığını görüb sonuncunu vedrə ilə ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən su krantına yaxınlaşaraq su aparmasından istifadə edib yaranmış fürsəti dəyərləndirmək məqsəd ilə Namiq Allahverdiyevi öz təşəbbüsü ilə münaqişəyə çəkib sonuncunun söhbət əsnasında onun üzərinə gəlməsini istifadə eddərək atasından yadigar qalmış qeydiyyatsız saz vəziyyətdə 16 kalibrli toz-–b modelli xarici çaxmaqlı 1956-cı ildə zavod üsullu ilə istehsal edilmiş, K 39980-56 nömrəli hamar-yivsiz qoşa lüləli ov tüfəngi ilə Namiq Allahverdiyevi öldürmək məqsədi ilə 4 dəfə atəş açmaqla sonuncunun həyat və sağlamlığına və təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd edib sağlamlığa ağır zərər vurmaya aid edilən sağ 1-2-3-4-5-6, sol 1-2-3-4-5-6-7 qabırğalarının döş fəqərələrinin sınıqları, daxili üzvlərin – ürək, ağciyərin yaralanmaları ilə döş qəfəsinin daxilə keçən 1 ədəd və onurğa nahiyyəsindən keçən 1 ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə döş qəfəsinin daxilə keçməyən dəlib-keçən 2 ədəd odlu silah yaralanmaları xəsarətləri yetirməklə kifayətlənməyib mərhum Namiq Allahverdiyevin həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməklə öz hərəkətləri ilə sonuncuya əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əvvəlcədən yaşadığı fərdi yaşayış evindən götürməklə üzərində saxladığı dəstəyinin ön hissəsi qırmızı, orta hissəsi göy, arxa hissəsi isə ağ rəngli, ümumi uzunluğu 265, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat –məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə şəxsin həyatdan məhrum edilməsindən bilavasitə əvvəl ümumilikdə 3 dəfə olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən sol körpücüküstü, sol körpücükaltı nahiyyələrinin daxilə keçən 2 deşilmiş –kəsilmiş yarası və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ körpücüküstü nahiyyənin daxilə keçməyən1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək döş qəfəsi nahiyyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitimə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Namiq Allahverdiyevi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş bununla da iki şəxsi qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-in 120.2.2-ci, 120.2.4-cü və 120.2.7-ci maaəsi ilə təqsirli bilinərək cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə elan olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmlə Azərbaycan Respublikası CM-in 120.2.4-cü və 120.2.7-ci maddəsi ilə təqsirli bilinərək ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cəzasını həbsxanada çəkməsi, cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməsi, eləcə də verilmiş mülki iddianın baxılmamış saxlanılması, ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hökmün qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əslinin ona qaytarılması hökm edilmişdir. Eləcə də məhkəmədə elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(104)-205/2025 saylı qərarının surətindən görünür ki, həmin qərarla təqsirləndirilən şəxs Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2025 nömrəli hökmündə iddiaçıya verdiyi mülki iddia baxılmamış saxlanılmış, ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilmiş, hökmün qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əslinin ona qaytarılması hökm edilmişdir. Odur ki, zərərçəmiş şəxsin hüquqi varisi, eləcə də hazırki iş üzrə iddiaçı sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərdiklərinə əsasən İddiaçı Cavabdehin təqsiri ucbatından ailə başçısının ölümü nəticəsində vurulmuş maddi və mənəvi zərər vurmaqla 35000 (otuz beş min) manat, uşaqların 18 yaşı çatanadək hər ay hər birinə 200 (iki yüz) manat pul vəsaitinin və 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində yas mərasiminə xərclənmiş pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəymiş ziyanla bağlı onun barəsində olan cinayət işinə baxılarkən mülki iddia vermiş, lakin onun iddiası verdiyi mülki iddia baxılmamış saxlanılmış, ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilmiş, hökmün qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əslinin ona qaytarılması hökm edilmişdir. Məhkəmə iclasında elan olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(100)-38/2025 nömrəli hökmü ilə iddia tələbinə münasibətdə bu fakt öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində maddi ziyan vurması yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya vurduğu maddi ziyan 14277 (on dörd min iki yüz yetmiş yeddi) manat məbləğ təşkil edir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəməyə iddianın təkzib edilməsi üçün hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Namiq Allahverdiyevi həyatdan məhrum etdiyi üçün ona 14277 (on dörd min iki yüz yetmiş yeddi) maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 14277 (on dörd min iki yüz yetmiş yeddi) məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddiaçı iddia ərizəsində 35000 manat mənəvi zərərin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitutsiya ilə qorunan digər əsas hüquq və Azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, mənəvi zərər müəyyən edilərkən cavabdeh tərəfindən törədilən cinayət əməli, onun həmin cinayət əməlinə görə ömürlük həbs cəzası almasını, iddiaçının oğlunu itirməklə ən ağır mənəvi əzab, əziyyətə məruz qalması nəticəsində psixi sarsıntı keçirməsini nəzərə alaraq mənəvi zərərin 10000 (on min) manat məbləğində müəyyən edilməsini və bütün vacib məqamlar nəzərə alınmışdır. Həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 96 (doxsan altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-38/2022 saylı hökmünü, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(104)-205/2025 saylı qərarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 14277 (on dörd min iki yüz yetmiş yeddi) manat, mənəvi zərərə görə 10000 (on min) manat, ümumilikdə 24277 (iyirmi dörd min iki yüz yetmiş yeddi) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlıidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 14277 (on dörd min iki yüz yetmiş yeddi) manat, mənəvi zərərə görə 10000 (on min) manat, ümumilikdə 24277 (iyirmi dörd min iki yüz yetmiş yeddi) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1434/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1434/2025
01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver