Məhkəmə qərarları › İş №2(061)-1449/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1449/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1449/2025 12.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa 300 manat alimentin və mediasiya xərcinə görə 50 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa 300 manat alimentin və mediasiya xərcinə görə 50 manat pulun alınıb ona verilməsini tələb etsə belə, həmin tələblə bağlı zəruri sənəd olan xx.xx.2022-ci il təvəllüdlü X1 atalığının müəyyən edilməsi barədə şəhadətnamənin notarial təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV № 672034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Ayxan adlı uşağın ata qrafasında soyadı anasının soyadı kimi Aqani olaraq qeyd edilmişdir. Bununla yanaşı iddiaçı özü də iddia tələbində cavabdehlə nikahlarının rəsmiləşdirilməməsini qeyd etmişdir. İddiaçıya izah edilir ki, əvvəlcə Cavabdeh qarşı qeydiyyatda olduğu yer üzrə məhkəmədə onun xx.xx.2022-ci il təvəllüdlü Ayxan adlı uşağın atası olmasının etiraf olunması faktının müəyyən olunması barədə iddia qaldırmalı, uşağın atalığı müəyyən edildikdən sonra uşağa ata soyadı ilə doğum haqqında şəhadətnamə alınmalı və yalnız bundan sonra məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar