Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1455/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehlə birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyası üçün ödənilmiş 55 (əlli beş) manat xidmət haqqının tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuş və nikahları rəsmi qeydə alınmışdır. Onların birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə təqribən 4 aydır ki, ayrı yaşayırlar, ümumi təsərrüfat idarə etmirlər. Cavabdeh uşaqla maraqlanmır. Uşaq onun yanında qalmışdır. Maddi vəziyyəti ağır olduğundan uşağı saxlamaqda çətinlik çəkir. Uşağın gündəlik tələbatları artır. Belə vəziyyətdə uşağını tək başına saxlaya bilmədiyini, hazırda uşağa görə heç bir yerdə işləyə bilmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirmişdir. Uşağının saxlanılmasında maddi sıxıntılar çəkir. Hesab edir ki, cavabdeh bir ata kimi övladının saxlanması üçün aliment ödəməlidir. Bu məqsədlə Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olan 55 manat xidmət haqqını ödəmişdir. Bundan sonra sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən cavabdehlə birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyası üçün ödənilmiş 55 (əlli beş) manat xidmət haqqının tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ilə ailə qurmuş, nikahları rəsmi qeydə alınmışdır. Onların birgə yaşadıqları dövrdə Nazlı adlı uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə ayrı yaşayırlar. Uşaq iddiaçının yanında qalmışdır. İddiaçı məhkəmədə ona qarşı birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 230 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyası üçün ödənilmiş 55 (əlli beş) manat xidmət haqqının tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Uşağın atası kimi onları saxlamaq onun da borcudur. Hazırda işləmir. Maddi vəziyyəti ağırdır. Bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialında olan ərizədən görünür ki, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hər ay bir uşağa görə 200 manat alimentin müəyyən edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları olmuşdur. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli 001784 saylı arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13-00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrı yaşayırlar. Onların birgə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşaqları iddiaçının yanında qalmışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən tutulacaq alimentin miqdarının hər ay bir uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir, eləcə də iddiaçı cavabdehin maddı vəziyyətini nəzərə alaraq alimentin miqdarının hər ay bir uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay bir uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik ümumilikdə 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1455/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1455/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver