Məhkəmə qərarları › İş №2(061)-1485/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1485/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1485/2025 19.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tərtər rayon Xüsusi Notariat Ofisi və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tərtər rayon Xüsusi Notariat Ofisi və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 7 saylı Bərdə Ərazi İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu AİK-in xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarına əsasən Tərtər rayonu Qaradağlı kəndində X2 və X1 mülkiyyətinə verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-406, Kod 61106048 saylı Dövlət Aktında göstərilmiş 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona satılması ilə bağlı onunla X2 və X3 arasında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması (yazılı qeydin əqd hesab edilməsi), bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, iş üzrə müvafiq sənəddlərin əldə olunması üçün İddiaçı vəsatətinə əsasən məhkəmə tərəfindən Tərtər rayon Qeydiyyat Şöbəsinə və Tərtər rayonu Qaradağlı kənd İcra Nümayəndəliyini sorğular verilərək məhkəmə hazırlıq iclası bir-neçə dəfə təxirə salınmış, bəzi sənədlər əldə edildikdən sonra mülki iş məhkəmə baxışına verilmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə baxış iclaslarının yeri və vaxtı barətə tərəflərə və 3-cü şəxsə məlumat verilsə də, iddiaçı, cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. (Məhkəmə iclas katibi hər dəfə iddiaçı ilə telefon əlaqəsi saxlamağa çalışsa da, iddiaçı telefon zənglərinə cavab verməmişdir) Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.7-cı maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 188.3-cü maddəsinə görə işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclası üçüncü, yəni Azərbaycan Respublikası MPM-nin 188.3-cü maddəsi baxımından sonuncu baxış iclası olduğundan və iddiaçı (o cümlədən cavabdeh və 3-cü şəxsin nümayəndələri) məhkəmə baxış iclasına gəlmədiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinə əsasən baxılmamış saxlanmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün ərizəyə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Tərtər rayon Xüsusi Notariat Ofisi və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar