Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1498/2024 05.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firuddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat aliment və 3(üç) yaşa qədər saxlama xərci olaraq da hər ay 150 manat olmaqla ümumilikdə 385 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılması tələbi barədə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırki iddia tələbi üzrə məhkəmə baxışı iclası 05 dekabr 2024-cü il tarixə saat 09-15-ə təyin edilmiş, İddiaçı məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh ilə barışdıqlarından, uşağı ilə barəbər mehriban ailə kimi yaşadıqlarından tələbinə baxılmadan ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir, cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəməyə təqdim olunmuş İddiaçı ərizəsindən aydın olur ki, mülki iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh ilə barışdıqlarından, uşağı ilə barəbər mehriban ailə kimi yaşadıqlarından tələbinə baxılmadan ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1498/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1498/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver