Məhkəmə qərarları › İş №2(061)-1520/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1520/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1520/2025 21.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş 19 fevral 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda cavabdehlə barışıb, mehriban ailə şəraitində yaşadıqlarından, iddia tələbinə baxılmadan sənədlərin geri qaytarılmasını və tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında eyni zamanda rəsmi ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsinə əsasən tələbinin baxılmamış baxlanılmasını etiraz etmir, tələbə mahiyyəti üzrə baxılmasını istəmir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 260, 267 - 268-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş 19 fevral 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar