Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1646/2025 23.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının azaldılması tələbi”nə dair iddia ərizəsini və əlavə edilmiş iş materiallarını Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci ildə doğulmuş qızı X1 üçün tutulan alimentin miqdarının azaldılaraq aylıq gəlirinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələblərinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarılır. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, həmçinin iddia ərizəsinə məhkəmədə baxılması üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ailə hüquq münasibətindən irəli gələn məsələ olduğu üçün Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, iddiaçı həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etmədiyi, eləcə də iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyi üçün iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.3-cü maddəsinə görə ddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263, 264, 266-268, 152.1.6-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının azaldılması tələbi”nə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-1646/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1646/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver