Məhkəmə qərarları › İş №2(061)-1677/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1677/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1677/2025 25.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçı Əskərxan oğlunun Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əskərxan oğlu Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2017ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya rüdumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Əskərxan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Əskərxan oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə ailə qurmuşdur. Nikahları rəsmi qeyd edilməmiş, lakin uşaqlara doğum haqqında şəhadətnamə verilmiş və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə 2 azyaşlı uşaqlarını evdə tək qoyaraq Gəncə şəhər sakini X3 qoşulub getmişdir. Hazırda xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.1015-ci il tarixdən onun himayəsindədir. xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. Övladları ikisi də azyaşlıdırlar. Uşaqların ikisi də onun yanında qalmışdır. Uşaqların bütün təminatlarını özü ödəyir. Cavabdehlə rəsmi nikahları olmasa da xx.xx.2016-ci tarixdən xx.xx.2025-ci il tarixədək bir yerdə yaşamışlar. Cavabdehlə aralarında olan ailə əlaqəsi faktiki olaraq xx.xx.2025-ci il tarixdən kəsilmişdir. Cavabdeh bu günə kimi uşaqları ilə maraqlanmamışdır. Cavabdeh aliment tələbi ilə bağlı mediasiya prosesinə gəlməmiş, məhkəmədə iddia qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya rüdumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin 2(061)-1112/2015 saylı xx.xx.2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh doğulan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 atalarının İddiaçı Əskərxan oğlu olmasının etiraf olunması faktı müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 460962 və AZ-İ № 460961 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı Əskərxan oğlu xx.xx.2017-ci ildə Cavabdeh doğulmuş X2 və xx.xx.2018-ci ildə Cavabdeh doğulmuş X1 atası hesab edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndində yaşayan İddiaçı Əskərxan oğlu DİN-in 102 xidmətinə zəng edərək 27 yaşlı həyat yoldaşı Cavabdeh itkin düşməsi barədə məlumat vermişdir. Həmin məlumat xx.xx.2025-ci il tarixdə qeydiyyata alınaraq HQK-1/537 sayda icraata daxil olmuşdur. Bundan başqa o, ərizə ilə Tərtər RPŞ-ə müraciət edərək həyat yoldaşı Cavabdeh xx.xx.2025-ci il tarixdə yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirmişdir. Araşdırma dövründə Cavabdeh Tərtər RPŞ-ə ərizə ilə müraciət edərək itkin düşmədiyini, nə həyat yoldaşı nədə ki, valideynlərinin yanına qayıtmaq istəmədiyini, həyat yoldaşı İddiaçı Əskərxan oğlu barəsində gələcəkdə heç bir mülki iddia tələbi olmayacağını, həmçinin özünə və övladlarına məxsus əşyalara qarşı heç bir tələbi olmayacağını, az yaşlı övladları Aysu və Tuncayın həyat yoldaşı ilə qalmalarına razı olduğunu, gələcəkdə övladları ilə bağlı heç bir iddia tələbi olmayacağını bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Əskərxan oğlu aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 11:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı Əskərxan oğlu ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları iddiaçının yanında qalmışdır. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onları saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. Bu səbəbdən məhkəməyə hazırki iddia ilə müraciət etməyə məcbur olmuşdur. Ona görə də iddia qismən təmin olunmalı və xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün aliment təyin edilməlidir. Məhkəmədə elan olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Əskərxan oğlu xx.xx.2017-ci ildə Cavabdeh doğulmuş X2 və xx.xx.2018-ci ildə Cavabdeh doğulmuş X1 atası hesab edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasına aliment tələbi ilə bağlı müraciət etmiş, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyindən, o, məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün alimentin təyin edilməsini mümkün hesab etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Əskərxan oğlunun Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə verilməli, İddiaçı Əskərxan oğlunun Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Əskərxan oğluna verilməlidir. İş materiallarını, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı Əskərxan oğlunun xeyrinə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı Əskərxan oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Əskərxan oğlunun Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Əskərxan oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar