Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1854/2025 05.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment üzrə yaranmış borcların ödənilməsi və aliment tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı himayədə olan xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment təyin edilməsi, cavabdehdən tutularaq ona ödənilməsi və son üç ildə yaranmış 4000 manat məbləğində aliment borcunun Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı himayədə olan xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment təyin edilməsi, cavabdehdən tutularaq ona ödənilməsi və son üç ildə yaranmış 4000 manat məbləğində aliment borcunun Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin iddia ərizəsinə xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın onun himayəsinə verilməsi ilə bağlı hər hansı bir mötəbər sübutu əlavə etməmişdir. Həmin sənəd olmadan hazırki iddia tələbinin icraata qəbul edilməsi mümükün hesab edilmir. Belə ki, hazırki vəziyyətdə İddiaçı sözügedən iddianı qaldırması üçün subyektiv hüququ yaranmır. İddiaçı iddia tələbində şəxsi mülahhizələrinə əsaslanaraq himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment təyin edilməsi, cavabdehdən tutularaq ona ödənilməsi və son üç ildə yaranmış 4000 manat məbləğində aliment borcunun Cavabdeh tutularaq ona ödənilməsi tələbini qaldırmışdır. Göründüyü kimi iddiaçı tələbini qeyri-müəyyən formada tərtib edərək, eləcə də zəruri sənədləri əlavə etmədən məhkəməyə ünvanlamışdır. İddiaçı iddia tələbində hər hansı sənədin əldə edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə bütün bu səbəbləri əsaslı hesab edərək iddia ərizəsinin və ona əlavə edimiş sənədlərin idiaçıya qaytarılmaslını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.3-cü madəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayıb hazırki iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı himayədə olan xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment təyin edilməsi, cavabdehdən tutularaq ona ödənilməsi və son üç ildə yaranmış 4000 manat məbləğində aliment borcunun Cavabdeh tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayıb hazırki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1854/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1854/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver