Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1965/2025 21.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı - xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat alimentin və mediasiya sesiyası üçün ödənilmiş 50 manat xidmət haqqının alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, “karonovirus pandemiyası” dövründə cavabdehlə faktiki ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Ümumi evliliklərindən bir uşaları - xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Sonradan cavabdehlə ayrılmışlar, hazırda uşaq özünün himayəsində yaşayır. Cavabdeh uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehdən 240 manat alimentin və mediasiya sesiyası üçün ödənilmiş 50 manat xidmət haqqının alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə 2021-ci ildə faktiki ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Ümumi evliliklərindən bir uşaları - xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Uşağa atalıq vermişdir. Sonradan 2024-cü ilin sentyabr ayından iddiaçıdan ayrılmışdır. Hazırda uşaq iddiaçının yanında yaşayır. Uşağa görə hər ay 100 manat aliment ödəyə bilər. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamədə xx.xx.2021-ci il təvəllüdlü X1 atası qrafasında atası kimi Cavabdeh, anası qrafasında anası kimi İddiaçı qeyd olunmuşdur. İşdə olan Tərtər 1 saylı Mediasiya təşkilatının mediatoru Mirmməmməd Əyyubov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞT/MT055-2025-00168 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər 2021-ci ildə faktiki ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların ümumi evliliklərindən bir uşaları - xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər sonradan 2024-cü ilin sentyabr ayından ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır. Cavabdeh bir ata kimi uşağı ilə maraqlanmır, onun saxlanmasında heç bir maddi köməklik göstərmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən 300 manat deyil, 240 manat sliment tutulmasını istədiyini, cavabdeh isə uşağa görə hər ay 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin izahatlaını dinləyib, işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutub uşağa görə alimentin tutulması məsələsini müzakirə edərək hesab edir ki, hər bir halda məsələnin həlli zamanı uşağın mənafeyi əsas götürülməli, onun normal inkişafı üçün şərait yaradılmalı və bu məqsədlə cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının (ananın ) xeyrinə hər ay 240 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla 2025-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimim əmək haqqının 0,6 misli miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun məsələsini müzakirə edərək, yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, iş üzrə ödənilməli olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 240 manat x 12 ay = 2880 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 48 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinin tələblərinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia tələbi üzrə ödənilməli (tutulmalı) olan dövlət rüsumunun məbləği 48 manat təşkil etməsinə rəğmən iddiaçı 60 manat mediasiya xəri çəkdiiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən cavabdehdən əlavə olaraq dövlət mədaxilinə dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı mediasiya xərci ilə əlaqədar 60 manat ödəsə də, cavabdehdən 50 manat tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinə görə 50 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimim əmək haqqının 0,6 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinə görə 50 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-1965/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1965/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver